Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrana dron hücumu ilə bağlı ziddiyyətli iddialar...

İrana hücumu ABŞ və İsrail birgə hazırlayıb...

İran İslam Respublikası iddia edib ki, dron hücumu uğursuz olub və zavodun yalnız dam örtüyünə kiçik ziyan vurub. Qərb kəşfiyyat mənbələri və xarici mənbələrin qarışığına görə, İranın iddialarına baxmayaraq, İsfahanda baş tutmuş pilotsuz təyyarə hücumu “böyük bir uğur idi”.

PİA.a xəbər verir ki, bunu İsrailin aparıcı “The Jerusalem Post” nəşri bazar günü səhər ilkin olaraq bildirib. Bir neçə saat sonra “The Wall Street Journal” da ABŞ rəsmilərinə istinadən hücumun arxasında İsrail və Mossadın olduğunu bildirərək oxşar xəbərlə çıxış edib. Sosial mediada yayılmış kadrlardan görünür ki, qabaqcıl silahlar hazırlayan obyektlərə qarşı hücum nəticəsində dörd böyük partlayış baş verib. Zərər İslam Respublikasının iddia etdiyi “kiçik dam zədəsi”ndən çox-çox kənara çıxır.

Tehranın nüvə fəaliyyəti və Rusiyanın Ukraynadakı müharibəsi üçün silah tədarükü ilə bağlı Qərblə gərginlik, habelə ölkədə aylarla davam edən hökumət əleyhinə nümayişlər fonunda baş verən partlayışa görə məsuliyyəti dərhal üzərinə götürən olmayıb. İranın cavabı oxşar hadisələrə cavablarla üst-üstə düşür. İranın xarici işlər naziri deyib ki, “qorxaqcasına” hücum İranda təhlükəsizlinə qarşı yönəlib. Müdafiə nazirliyi partlayışın yalnız cüzi dağıntılara səbəb olduğunu və tələfat olmadığını bildirib. Dəymiş ziyanın həcmini müstəqil olaraq təsdiqləmək mümkün olmayıb. Hesabatdan bir neçə saat sonra İran hücumların uğursuzluqla nəticələndiyini göstərməsinə baxmayaraq, İsrailə qarşı təhdidlərini gücləndirib. Bu hadisədə İsrail ana rolunu oynayır, lakin əksər Qərb kəşfiyyatı və İran mənbələri Mossad-ı 2020-ci ilin iyulunda İranın Natanz nüvə obyektinə, 2021-ci ilin aprelində Natanzdakı digər bir nüvə obyektinə, 2021-ci ilin iyununda Kərəcdəki başqa bir nüvə obyektinə qarşı eyni uğurlu hücumlar təşkil edərək ətrafdakıları da məhv etdiyini bildirir. Belə hücumlar nəticəsində 2022-ci ilin fevral ayında 120 və ya daha çox İran pilotsuz təyyarəsinin məhv edildiyi bildirilir.

Qlobal miqyasda Mossaddan başqa, çox az sayda xüsusi xidmət orqanının əməliyyatlarda qabaqcıl və cərrahi zərbə imkanlarına malik olduğuna inanılır. Əməliyyata əhəmiyyətli miqdarda partlayıcısı olan bir neçə böyük dron cəlb edilib və hədəflərini dəqiqliklə vurublar. Əvvəlki insidentlərin hər birində Tehran əvvəlcə hücumların uğursuz olduğunu göstərməyə çalışmış, lakin peyk fotoşəkilləri və ya digər sübutlar ictimai sferaya çıxarıldıqdan sonra dəymiş ziyanın miqyasını etiraf etmişdi. Zədələnmiş qabaqcıl silahların yalnız adi müharibədə istifadə oluna, yaxud nüvə silahları üçün istifadə edilə bilən ballistik raketlər və ya partlayıcı maddələrdə istifadə oluna biləcək nüvə əhəmiyyətinə malik susat olub-olmadığ hələ də aydın deyil.

Qeyd edək ki, İran hətta bəzi məqamlarda MAQATE-yə Kərəc nüvə obyektində 2021-ci ilin iyun ayına qədər həyata keçirilən nüvə fəaliyyətlərinin bir hissəsinin İsfahana köçürüldüyü barədə məlumat vermişdi. “The Wall Street Journal” qeyd edib ki, yaxınlıqda İranın aerokosmik obyekti var, o da həm kosmik buraxılışlar, həm də nüvə burxılışları təyinatlıdır. Belə bir fərziyyə də var ki, hücum İranın qabaqcıl pilotsuz uçan aparat proqramını, yaxud Rusiyanın köməyi ilə hipersəs raketlərinin inkişafı proqramının dayandırılması məqsədi daşıyıb. Hipersonik raketlər o qədər sürətli uçur və o qədər inkişaf etmiş manevr qabiliyyətinə malikdir ki, bir çox mütəxəssis İranın bu silahlarla İsrailin bütün hava hücumundan müdafiə sistemlərini vura biləcəyinə inanır. Ötən gün ərzində diqqəti çəkən digər mövzu isə bu dəfə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) məsələyə cəlb edilməsidir. Mütəxəssislər qeyd ediblər ki, ABŞ və İsrail İran kimi hədəflərə hücum etmək üçün sadəcə bir həftə ərzində hərbi təlimlər keçirib, ona görə də bu təlimlərdən dərhal sonra belə bir hücumun həyata keçirilməsi sözügedən addımın ciddiliyinə dair mesaj vermək mənasına gələ bilər. Onlar diqqəti hücumdan əvvəl MKİ direktoru Uilyam Bernsin İsrailə səfəri və hücumu hazırlayan Mossad rəhbərləri ilə görüşünə çəkir.

Tərcümə PİA.az-a aiddir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar