Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putunin aşbazı Fransanı daha br ölkədə sıxışdırır

Malidən sonra Burkina Faso hökuməti Vaqner qrupunu ölkəyə gətirmək qərarına gəldikdə, fransız əsgərləri də bu ölkəni tərk edir...

Memet Aksakal
The İndependent qəzeti

Burkina Faso dövlət xəbər agentliyi AIB yanvarın 21-də bildirib ki, Burkina Faso hərbi administrasiyası Fransadan ölkədəki qoşunlarını bir ay ərzində geri çəkməsini istəyib. Buna cavab olaraq Fransa prezidenti Emmanuel Makron bazar günü Burkina Fasonun müvəqqəti prezidenti İbrahim Traoredən qərarla bağlı izahat gözlədiyini bildirib.

Ötən bazar ertəsi bu məsələ ilə bağlı milli televiziya kanalına danışan Burkina Faso hökumətinin sözçüsü Rimtalba Jean Emmanuel Ouedraogo, “İndiki mərhələdə Fransız qoşunlarının geri çəkilməsi məsələsini bundan daha aydın şəkildə necə ifadə edəcəyimizi bilmirik” deyib. Hökumət sözçüsü qərarın konkret insidentlə bağlı olmadığını, lakin Fransanın ölkənin müdafiəsi üçün məsuliyyəti Burkina Fasonun özünə təhvil verməsinin normal olduğunu söyləyib.

Fransız əsgərlərinin ölkəni tərk etmələri üçün nəzərdə tutulan bir aylıq müddətin hərbi razılaşmanın bir hissəsi olduğunu bildirən sözçü bunun Burkina Faso ilə Fransa arasındakı diplomatik əlaqələrin sonu olmadığını, ölkəsinin hələ də texniki dəstək istədiyini əlavə edib.

Fransız əsgərləri 2018-ci ildən Burkina Fasodadır. Ekstremist dini qruplarla qarşıdurmaların öhdəsindən gələ bilməyən hökumət Fransa ilə müqavilə bağlayıb və 2018-ci ildə Fransa əsgərlərini ölkəyə gətirib. Burkina Fasoda hələ də 400-ə yaxın fransız əsgəri var.

AFP xəbər agentliyinə mövzu ilə bağlı mənbələrdən verilən açıqlamaya görə, Burkina Fasodan çıxarılacaq 2 min fransız əsgərinin Nigeriyaya gedəcəyi gözlənilir.

Qərbi Afrika üzrə ixtisaslaşmış isveçli təhlükəsizlik eksperti Olivier Milland “İndependent turkish”ə danışarkən, Malidəki hərbi administrasiya kimi Burkina Faso müvəqqəti prezidenti İbrahim Traorenin də millətçi hisslərdən istifadə edərək Fransadan ayrılmaq istədiyini söyləyib:

“Bu nöqtədə, Burkina Fasonun niyə xüsusi olaraq fransız qoşunlarını tərk etmələrini və ölkədəki Fransa səfirini dəyişdirmələrini istəməsi aydın deyil, lakin hərəkətlər son iki ildə Malidə müşahidə edilənlərə bənzər bir nümunəyə uyğundur. Hər iki hökumətin ortaq cəhəti onların millətçi əhval-ruhiyyədən istifadə etmək və köhnə strukturlardan azad olmaq ambisiyalarıdır. Burkina Fasonun hazırkı müvəqqəti prezidenti İbrahim Traore Burkina Fasoda hakimiyyəti ələ keçirdikdən sonra hər kəslə tərəfdaşlığa açıq olduğunu vurğulayaraq, Fransa ilə bağların qopma vaxtı olduğuna eyham vurub. Sentyabr çevrilişindən sonra Fransaya qarşı etirazlarda da göründüyü kimi, Fransadan uzaqlaşmağa müəyyən xalq dəstəyi də var”, deyə ekspert bildirib.

Keçmiş Fransa koloniyası olan Burkina Fasoda kapitan İbrahim Traorenin rəhbərlik etdiyi hərbi xunta ötən ilin sentyabrında səkkiz ayda ikinci hərbi çevriliş edərək hakimiyyəti ələ keçirib.

Traore hakimiyyəti ələ keçirdikdən sonra Fransadan uzaqlaşaraq Rusiya ilə yaxınlaşmağa başlayıb.

Ötən cümə günü Burkina-Fasonun paytaxtı Uaqaduquda toplaşan hərbi rejim tərəfdarları Fransa bayrağını yandırıb, Fransa səfirindən ölkəni tərk etməsini və ölkədəki Fransa hərbi bazasının bağlanmasını tələb ediblər.

Mərkəzi meydana toplaşan yüzlərlə insan əllərində “Fransız ordusu, çıxın” kimi şüarlar yazılmış plakatlar tutaraq, fransız əsgərlərini ölkəni tərk etməyə çağırıb.

Nümayişin keçirildiyi meydanda Burkina Faso hərbi xuntasının prezidentləri İbrahim Traore, eləcə də hərbi çevrilişlə hakimiyyətə gələn Qvineya və Mali prezidentləri və Putinin plakatları asılıb və onların plakatları nümayişçilər tərəfindən sərgilənib.

Hərbi xuntanın fransız əsgərlərinin bir ay ərzində ölkəni tərk etmələri barədə bəyanatı da bu nümayişin ertəsi günü edilib.

Burkina Fasodakı hərbi xunta kənardan dəstək almadan ölkənin bəzi hissələrinə nəzarət edən İŞİD və Əl-Qaidə tərəfdarı olan qruplarla mübarizə aparmaqda çətinlik çəkir.

Xunta lideri çevrilişə qarşı çıxan Fransa əsgərlərini özü üçün təhlükə gördüyü üçün onları ölkəni tərk etmələrini istəyib.

Traore ordunun üsyançı qruplarla təkbaşına mübarizə apara bilməyəcəyini bildiyi üçün ölkəni tərk edəcək fransız əsgərlərinin yerinə rus “Vaqner qrupu”nun muzdlularını gətirir.

İngiltərədə yaşayan müstəqil jurnalist, Qərbi Afrika üzrə ekspert Aman Bezreh “İndependet Turkish” qəzetinin bu mövzuda suallarını cavablandırarkən, Burkina Faso xuntasının lideri İbrahim Traorenin Fransa əleyhinə əhval-ruhiyyədən istifadə edərək mövqeyini gücləndirməyə çalışdığını bildirib.

Aman Bezreh sözlərini belə davam etdirib:

“Burkina Fasoda sentyabr çevrilişindən əvvəl Rusiya və Fransa əleyhinə nümayişlər keçirilib, lakin İbrahim Traoure çevrilişlə hökuməti ələ keçirdikdən sonra bu nümayişlər daha da şiddətlənib.

Traore keçmiş Fransa koloniyası olan Burkina Faso xalqının gözündə müasir fransız müstəmləkəçiliyinə son qoyan milli qəhrəman kimi görünür. Buna görə də Traore bu təcil üzərində qurulur və ictimai dəstək qazanmaq üçün ondan istifadə edir.

Burkina-Faso, Mali və Niger üçbucağında fəaliyyət göstərən İŞİD-in Afrika qolu olan “İŞ Sahel” və “Əl-Qaidə” ilə əlaqəli bir təşkilat olan “Cama Nusra əl-İslam və əl-Muslimin” (JNİM) Burkina Faso və Malinin bəzi hissələrinə nəzarət edir.

Bölgədəki müsəlmanların dəstəklədiyi bu iki qrup, bəzən bir-biri ilə toqquşur. Ötən il toqquşmalarda 1500 müsəlman tuareg İŞİD tərəfindən öldürülüb.

2020-ci ildə hərbi çevrilişlə hakimiyyəti ələ keçirən Fransanın keçmiş müstəmləkəsi Mali administrasiyasındakı hərbiçilərin Rusiyaya yaxınlaşmasıyla “Vaqner qrupu”nun bu ölkəyə gəlməsindən sonra, keçən il Malidəki fransız əsgərləri ölkəni tərk edib.

“Vaqner qrupu”nun Burkina Fasoda məskunlaşması ilə bağlı hələ dəqiq məlumat yoxdur, lakin bəzi “Vaqner” komandirlərinin ölkəyə gəldiyi və bu məsələ ilə bağlı danışıqların davam etdiyi müxtəlif mənbələrlə təsdiqlənir.

““Vaqner”in regionda yerləşdirilməsi ilə bağlı narahatlıqlar var, lakin bu, hələlik təsdiqini tapmayıb, regionda rusiyayönlü təşkilatların dezinformasiya kampaniyaları aparılır”, deyə Olivier Milland bildirib.

Milland əlavə edib ki, “Vaqner” muzdlularının da Burkina Fasoda yerləşdiriləcəyi ilə bağlı narahatlıqlar var:

“Bildiyimə görə, “Vaqner” muzdlularının orada yerləşməsi faktı hələ öz təsdiqini tapmayıb. Traore keçən ilin sentyabrında hakimiyyətə gələndən bəri insanlar Rusiya bayraqlarını dalğalandırır və Rusiyanı dəstəkləməyə çağırır. Rusiyanın bölgədə böyük varlığı yoxdur, lakin artan anti-Fransa əhvalına uyğun olaraq həm Mali, həm də Burkina Fasoda Rusiyaya artan xalq dəstəyi var. Bu emosiyaların nəyə səbəb olduğunu qiymətləndirmək çətindir və biz onların homojen olduğunu düşünməməliyik. Açıq narahatlıqlar və Rusiya ilə əlaqəli təşkilatların rəhbərlik etdiyi dezinformasiya kampaniyaları ilə bağlı əlamətlər var ki, onlar millətçi, eləcə də anti-Fransa ritorikasını yaymaqda uğur qazanmışlar, lakin bu hisslər əvvəllər də mövcud olub”.

Mövzu ilə bağlı mənbələr bildirirlər ki, Rusiya muzdluları Sudan, Mərkəzi Afrika Respublikası, Liviya, Zimbabve, Anqola, Madaqaskar, Qvineya, Qvineya-Bisau, Mozambik və ola bilsin ki, həm də Konqo Demokratik Respublikasındadır.

“Vaqner” qrupu Niger, Mali və Burkina Faso kimi ölkələrdə İŞİD və Əl-Qaidə kimi təşkilatlara qarşı ordu ilə birlikdə döyüşmək üçün Afrikada olsa da, bəzi ölkələrdə yüksək səviyyəli rəhbərləri və almaz, qızıl və uranı qorumaq üçün də mövcuddur.

Olivier Milland bildirir ki, “Vaqner qrupu” muzdlu olduğu üçün onların prioriteti puldur.

“Bildiyimə görə, Rusiyanın Afrika ilə bağlı böyük strategiyası yoxdur. Məncə, Vaqnerin strategiyası hər şeydən daha fürsətçillikdir. Muzdluların müdaxiləsinin miqyası işləri xarakterinə görə, maddi nöqteyi-nəzərədn böyük ölçüdə olur. Onların “müdaxilələri” indiyə qədər əsasən Yaxın Şərq, Mali, Sudan, Liviya və indi çoxlarının qorxduğu Burkina Faso kimi ölkələrin çox kövrək siyasi-təhlükəsizliyi kontekstlərində baş verib. Bəzi hallarda, məsələn, Mərkəzi Afrika Respublikasında, onlar həqiqətən də hazırkı hökumətlərlə sıx əlaqələr qurmağa müvəffəq olublar, lakin digərlərində, məsələn, Mozambikdə o qədər də uğurlu olmayıblar”, deyə Milland qeyd edib.

Fransa Burkina Fasodan çıxmağa razıdır

Fransa Xarici İşlər Nazirliyinin sözçüsü cümə axşamı günü təsdiqləyib ki, Burkina Faso hökuməti fransız qoşunlarının ölkəni tərk etməsi üçün yazılı sorğu göndərib.

“Biz bu tələbi yerinə yetirməklə sazişin şərtlərinə hörmətlə yanaşacağıq”, deyə sözçü Fransa səfirinin məsləhətləşmələr üçün geri çağırılacağını da bildirib.

Fransa qoşunlarının ölkədən çıxarılması ilə vəziyyətin daha da pisləşəcəyi ilə bağlı narahatlıqlar var. Məsələn, təhlükəsizlik üzrə ekspert Olivier Miliband Fransa qoşunlarının bölgədən çıxarılmasının heç nəyi dəyişməyəcəyini, bölgədə vəziyyətin daha da ağırlaşacağını bildirib.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar