Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvanın “timsah göz yaşları”... - Rusiya İsrail-iran müharibəsini arzulayırmı?

Kremlə yaxın ekspertlər iddia edirlər ki, İsrailin İrana zərbə endirməsini Vaşinqton təşviq edib...

Siyasi-şərhçi: “Rusiya tərəfindən irəli sürülən bu iddialar düşünürəm ki, ən çox ABŞ ilə İranı üz-üzə qoymağa hesablanıb. Bu da təbiidir”.

“Bu savaş dərinləşərsə, Qərb dünyasının diqqətləri bu səmtə də yönələcək və bu da istər-istəməz diqqətlərin Ukrayna üzərindən nisbətən əvvəlkindən bir qədər azalmasına səbəb ola bilər”.

Bu sözləri siyasi-şərhçi Cavanşir Abbaslı İrana endirilən zərbələrdə ABŞ-ın rolunun olması iddiasını PİA.az-a şərh edərkən qeyd edib.

Kremlə yaxın ekspertlər iddia edirlər ki, İsrailin İrana zərbə endirməsini Vaşinqton təşviq edib. Yəni Kremldə hesab ediblər ki, Vaşinqtonun əsas məqsədi İranın Rusiyaya pilotsuz uçuş aparatlarının ixracını durdurmaq olub. Bildiyimiz kimi İsrail İranın nüvə çalışmalarından narahatdır və normalda həmin mərkəzlər hədəf götürülməli idi. Ancaq nüvə mərkəzləri hücuma məruz qalmayıb. Həqiqətən də İsrail İranda pilotsuz uçuş aparatları istehsal edən müəssisəyə də zərbə endirib.

Rəsmi Moskvanın ABŞ-la bağlı iddiasını PİA.az-ın əməkdaşı AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı ilə müzakirə edib.

Cavanşir Abbaslı: “İran ətrafında gedən bu proseslər Rusiyanın birbaşa xeyrinə işləyir”.

Əsas hədəf molla rejimini sıradan çıxarması olduğunu düşünən ekspert PİA.az- açıqlamsında qeyd edib ki, əslində uzun illər idi ki, buna hazırlıq gedirdi:

“Bu iddilalar ilk olaraq, hər kəsin ağlına gələ bilər. Çünki İsrail dedikdə onun arxasında duran ölkə kimi öncəliklə ABŞ gözümüz önünə gəlir və dünyada bu iki dövlətin bir-birinə yaxınlığı hər kəsə məlumdur. İsrailin zərbələrindən sonra Blinkenin “İrana qarşı hərbi əməliyyatların başladılması” istisna deyil kimi fikirlər səsləndirməsi də təsadüfi deyil.

Amma bu zərbələrin əsas məqsəd kimi İranın Rusiyaya pilotsuz uçuş aparatlarının ixracını durdurmaq olduğu barədə fikirlər o qədər də inandırıcı görünmür. Ola bilər ki, zərbə məkanı kimi nüvə mərkəzləri hədəf götürülməsin. Bu da ancaq və ancaq iz azdırmağa hesablana bilər.

Düşünürəm ki, əsas hədəf molla rejimini sıradan çıxarmaqdır. Əslində uzun illər idi ki, buna hazırlıq gedirdi. Ard-arda gələn sanksiyalar bunu göstərirdi. İndi isə, əsas düyməyə basılıb. Regionumuzu fəlakətlər gözləyə bilər. Onun üçün də, Azərbaycan olaraq, bu proseslərdən maksimum dərəcədə itkisiz çıxmalıyıq. Burada hər bir niyyət güdülə bilər. Xüsusilə, həm də Tehrandakı səfirliyimizə edilən xain hücumun fonunda...

Mövzudan kənara çıxsaq da, bu mövzuya mütləq toxunmaq lazımdır. Bəli, bu xain hücumda birbaşa məsuliyyəti molla rejimi daşıyır. Çünki səfirliyimizi qorumaq dövlət olaraq onların vəzifəsi idi. Biz də dövlət olaraq, indiyə qədər cənub qonşumuza necə yerini göstərdiksə, bundan sonra eyni cür davranmalıyıq.

Amma bu hücumla başqa dairələrin niyyətlərinin ola bilməsi də istisna edilməməlidir. Səfirliyimizə hücum, ardınca dərhal İsrailin zərbələr endirməsi müəyyən şübhələr yaratmaya bilməz. Azərbaycanı gözlənilən yeni müharibə zonasına çəkmək niyyətinin də ola biləcəyi ehtimalları heç də az deyil. İstənilən halda düşünürəm ki, xarici siyasəti uğurla yönəldən bir dövlətimiz var və burada da dövlət maraqlarına uyğun lazımı siyasi gediş ediləcək.

Cavanşir Abbaslı: “İndi əsas düyməyə basılıb. Regionumuzu fəlakətlər gözləyə bilər”.

Hazırda dünyada gedən informasiya savaşı daha da qızışıb. Bu baxımdan şimal qonşumuzun siyasi dəhlizlərində irəli sürülən bu iddiaları informasiya savaşının tərkib hissəsi kimi də qəbul etmək olar. İran ətrafında gedən bu proseslər Rusiyanın birbaşa xeyrinə işləyir. Çünki, Ukrayna savaşında az qala təklənmiş duruma düşən Putin rejiminin yeni bir müharibə cəbhəsinin açılması daha çox əlinə işləyə bilər. Bu savaş dərinləşərsə, Qərb dünyasının diqqətləri bu səmtə də yönələcək və bu da istər-istəməz diqqətlərin Ukrayna üzərindən nisbətən əvvəlkindən bir qədər azalmasına səbəb ola bilər.

Nəticədə Kremlin əl-qolu açıla, niyyətini daha sürətlə reallaşdırmaq istəyi daha da arta bilər. Bu baxımdan Rusiya tərəfindən irəli sürülən bu iddialar düşünürəm ki, ən çox ABŞ ilə İranı üz-üzə qoymağa hesablanıb. Bu da təbiidir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar