Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ-yə üzvlük,  hərəkət azadlığı, inkişaf və didərgin gənclər…

Avropanın kiçik ölkələri tükənir: Aİ-yə üzvlük və “hərəkət azadlığı hüququ” kiçik ölkələri inkişaf etdirir, lakin gəncləri emmiqrasiyaya aparır…

Ali Kemal Erdem
“İndependent Türtkçe” qəzeti

2000-ci illərdən Aİ üzvü olan və ya sərbəst hərəkət hüququna malik Balkan və Şərqi Avropa ölkələrində inkişaf olsa belə, gənclər davamlı olaraq miqrasiya edirlər. Bəzi ölkələrdə qərbə istiqamətlənmə səbəbindən işçi qüvvəsi itkisi yaşanır. Yaxın vaxtlarda Kosovodan da ciddi immiqrasiya gözlənilir.

Avropa İttifaqı (Aİ) ilk dəfə 1957-ci ildə Almaniya, Fransa, Hollandiya, Belçika, İtaliya və Lüksemburq tərəfindən “Avropa İqtisadi Birliyi" kimi yaradılıb. Müqavilənin əsasını işçi qüvvəsinin, mal və xidmətlərin sərbəst hərəkəti təşkil edirdi. Bu prosesdə nəinki ad dəyişib, həm də üzvlərin sayı artıb.

Əvvəlcə daha çox qərb, cənub və şimal Avropa ölkələrindən ibarət olan ittifaq 2004-cü ildə Çexiya, Estoniya, Kipr, Latviya, Litva, Macarıstan, Malta, Polşa, Slovakiya və Sloveniyanı özündə birləşdirdi.

2007-ci ildə Rumıniya və Bolqarıstanın, 2013-cü ildə Xorvatiyanın üzv olması ilə Aİ üzvlərinin sayı 28-ə çatıb.

2009-cu ildən Serbiya, Monteneqro və Şimali Makedoniya, 2010-cu ildən isə Bosniya və Herseqovina və Albaniya kimi hələ Aİ üzvü olmayan bəzi Avropa ölkələrinin vətəndaşları Aİ-də viza liberallaşdırılmasına, yəni sərbəst hərəkət hüququna malikdirlər.

Nəhayət, Avropa Şurasının sədrliyi və Avropa Parlamentinin (AP) nümayəndələri 14 dekabr 2022-ci il tarixində Kosovo vətəndaşlarına AB ölkələrində 90 gün ərzində vizasız gediş-gəliş imkanı verəcək tənzimləmə layihəsi üzərində razılığa gəliblər.

Lakin 90 günlük hərəkət hüququ layihə formatındadır, Avropa Şurası və Avropa Parlamenti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.

Kosovodan kütləvi miqrasiya gözlənilir

Sözügedən razılaşma Kosovada həyəcan yaradıb. Səbəb odur ki, artıq bir çox insan bu qaydalarla Avropa ölkələrinə getməyi planlaşdırır.

Kosovoda hələ razılaşmadan əvvəl Qərbə mühacirət artmışdı. Kosovo Statistika Agentliyinin (ASK) məlumatına görə, 2017-ci ildə bu dövlətin 11 263 vətəndaşı ölkəni qanuni və ya qeyri-qanuni yolla, ümumiyyətlə, Avropa İttifaqı ölkələrinə getmək üçün tərk edib. Bu köçlər nəticəsində ölkə əhalisinin sayı azalıb. 2020-ci ildə 1 milyon 873 min olan ölkə əhalisi 2022-ci ildə 1 milyon 788 min nəfərə enib.

“Balkanların gənc və təlim keçmiş işçi qüvvəsi qərbə axır”

Kosovo ilə bağlı prosesləri müxtəlif Balkan ölkələri də yaşayıb və davam edir. Ümumilikdə aşağı doğum səviyyəsinə görə əhalisini itirən və ya artan bu ölkələrdə gənc və ya təlim keçmiş işçi qüvvəsini Aİ üzvlüyü və sərbəst hərəkət hüququ ilə saxlamaq asan deyildi. Bosniya və Herseqovinada "Davamlı Qayıdış və İnteqrasiya Birliyinin" hazırladığı 2013-2018 hesabatına görə, 5 ildə ölkədən 172 min adam köç edib. Hesabata görə, 2000-ci illərin əvvəlində serbiyalıların sərbəst hərəkət hüququ əldə etməsindən sonra mühacirlərin sayı daha da artıb. 2000-ci ildən bu yana immiqrantların sayı 650 minə çatıb.

Albaniya Statistika İnstitutunun (INSTAT) məlumatına görə, 2010-cu ildə Aİ ilə sərbəst hərəkət etmək hüququ qazanan bu ölkədən 2011-2017-ci illər arasında 317 min insan mühacirət edib. 2000-ci ildən bu yana immiqrantların sayı 1 milyon 600 minə çatıb.

Hesabatlarda 2013-cü ildən sonra Xorvatiyanın Aİ-yə üzv olmasından sonra əhalinin 300 minə yaxın itkisi ilə bağlı məlumatlar var. Albaniyanın əhalisi 2021-ci ilin məlumatlarına görə, 2 milyon 812 min, Xorvatiyanınki isə 3 milyon 899 min nəfər olduğunu nəzərə alsaq, bunların ciddi rəqəmlər olduğu meydana çıxır.

Mühacirlər öz resurslarını ciddi şəkildə artırsalar da, bir müddət sonra bu ölkələrdə işçi qüvvəsində ciddi çatışmazlıqlar yaranmağa başlayır. Digər region ölkələrində də vəziyyət fərqli deyil.

“Bolqarıstanda qış aylarında gənclərə rast gəlmək demək olar ki, mümkün deyil”

Balkanlarla bağlı araşdırmalar aparan Atakan Sevgi Balkanlardan AB-yə gənc və təhsilli insanların köçünə də diqqət çəkir. Sevginin ən çox diqqət çəkdiyi ölkələrdən biri də Bolqarıstandır. Suallarımızı cavablandıran Sevgi, "Bolqarıstandan immiqrasiya çox intensivdir. Qış aylarında ölkədə gənclərə rast gəlmək demək olar ki, mümkün deyil. Yayda tətilə gələnlərin hesabına ölkə bir az da canlanır. Vəziyyət Kosovo, Makedoniya və Albaniya kimi ölkələrdə çox da fərqli deyil”.

“Türkiyəyə gələn, lakin vətəndaşlığını saxlayanlar da AB-nin miqrasiya çılğınlığına qoşulub”

Sevginin verdiyi məlumata görə, 1989-cu ildə Türkiyəyə gələn, lakin Bolqarıstan vətəndaşlığını qoruyub saxlayan gənc türk nəsilləri də ölkənin AB-yə üzv olmasından sonra bu köç dalğasına qoşulub.
Sevgi bu vəziyyəti belə dəyərləndirir: “Türkiyədə Bolqarıstan vətəndaşlığı olan, Avropa ölkələrinə gedib işləyən çoxlu gənc var. Onların çoxu qısa müddətli, ən çoxu bir neçə illik planla gedir, amma daimi yaşamaq üçün gedənlər də var”.

“15 ildə əhalinin sayı 1 milyon nəfər azalıb”

Sevginin qeyd etdiyi kimi, statistika Bolqarıstanın əhali itkisini təsdiqləyir. 2007-ci ildə AB-yə daxil olanda 7 milyon 545 milyon əhalisi olan Bolqarıstan vətəndaşlarının sayı 2022-ci ildə 6 milyon 519 minə qədər azalıb.

Bolqarıstanın əhalisi 1989-cu ildə 9 milyon, 1992-ci ildə isə 8 milyon 487 min nəfər olub.

Əhalinin aşağı artım tempi, yüksək ölüm nisbəti və 1989-cu ildə müsəlman türk əhalisinin bir hissəsinin Türkiyəyə miqrasiya etməsi ölkənin əhali itkisinə səbəb olan amillərdəndir.



“Makedoniyadan 600 min insan Avropa ölkələrinə köçüb”

Makedoniya da mühacirətin sıx olduğu bir ölkədir. 2022-ci il məlumatlarına görə, ölkənin əhalisinin sayı 2 milyon 97 min nəfər olub. İqtidar ortağı Türk Fəaliyyət Partiyasının sədri Enes İbrahim bildirib ki, AB ilə viza liberallaşdırması olmadan da Bolqarıstana gediş-gəliş sərbəst idi.

“Beynəlxalq təşkilatların miqrasiya hesabatlarında 600 min vətəndaşın ölkəmizdən Avropa ölkələrinə köç etdiyi bildirilir”, deyə İbrahim bildirib.

“Aİ-yə daxil olsanız belə, müəyyən ölkələrdən geri qalmağınız miqrasiyaya səbəb olur”

Bildirilir ki, AB üzvü olan və ya sərbəst hərəkət hüququna malik olan və əhalisi az olan ölkələrdə gənc və təlim keçmiş işçi qüvvəsinin miqrasiyası təkcə Balkanlar üçün deyil, oxşar xüsusiyyətlərə malik digər ölkələr üçün də keçərlidir.

2 milyon 795 min əhalisi olan Litva da bu ölkələrdən biridir.

2004-cü ildən etibarən Aİ-yə üzv olan bu ölkədə bir çox gənc təhsil və işləmək üçün müxtəlif ölkələrə gedir.

Böyük Britaniyaya təhsil üçün gedən və hələ də bu ölkədə yaşayan Türkiyə vətəndaşı Umut Meşeli ilə ailə həyatı quran Litva vətəndaşı Justina Meşeli də bu şəxslərdən biridir.

Meşeli Aİ-yə üzv ölkələrin 2000-ci illərdə iqtisadi cəhətdən irəliləməsinə baxmayaraq, hələ də Almaniya, Fransa və Böyük Britaniya kimi ölkələrdən geri qaldıqlarını və bu ölkələrdən gənclərin miqrasiyasının davam etdiyini qeyd edib.

“Gənclərin beşdə biri iş və təhsil üçün miqrasiya edib”

Meşeli Litvada gənclərin demək olar ki, beşdə birindən çoxunun iş və təhsil üçün Qərb ölkələrinə köç etdiyini söylədi.

"Aİ-yə daxil olsa belə, dərhal inkişaf yoxdur"

Son olaraq Avropa İttifaqı və Qlobal Araşdırmalar Birliyinin sədr müavini Can Baydarolanın sözlərinə görə, Aİ-yə daxil olduqdan sonra həmin ölkələrdə tez bir zamanda inkişaf qeydə alınmır. Ancaq gənclər müqavilə sayəsində başqa ölkələrdə təhsil və iş imkanlarından yararlanmaq istəyirlər.

Avropa əhalisinin yaşlanması və işçi qıtlığının da bu köçü dəstəklədiyini deyən Can Baydarol:

“Sərbəst hərəkətin əldə olunması ilə əhalinin azalması müşahidə olunur. Gənc və savadlı əhalinin itirilməsi Türkiyə, Latviya, Bolqarıstan və digər ölkələr üçün heç də yaxşı deyil”, deyə o, vurğulayıb.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar