Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çavuşoğlu: “Hazırda İsveçin NATO üzvlüyünə “hə” deməyimiz mümkün deyil”

İsveç gələcəkdə öz öhdəliklərini yerinə yetirərsə, baxarıq...

“Türkiyənin təhlükəsizlik qayğılarının nəzərə alınmaması qəbuledilməzdir”.

Bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu macarıstanlı həmkarı Peter Siyarto ilə Budapeştdə baş tutan görüşdən sonra birgə mətbuat konfransında deyib.

O bildirib ki, İsveç və Finlandiyanın təhlükəsizlik narahatlığı başadüşüləndir, amma Türkiyənin təhlükəsizlik qayğılarının qarşılanmaması qəbuledilməzdir.

“Təəssüf ki, terror təşkilatları FETÖ, PKK, PYD bu ölkələrdə, xüsusən də İsveçdə sıx fəaliyyət göstərirlər. Onlar təkcə mövcud deyillər, həm də çox fəaliyyət göstərirlər. Bu, əslində, pul toplama, terrorun maliyyələşdirilməsini əhatə edir. Eyni zamanda, adam toplayırlar, oradan da İraqda Qəndil dağına və Suriyaya adam toplayırlar, təbliğat davam edir”.

“İsveç gələcəkdə öz öhdəliklərini yerinə yetirərsə, baxarıq. Amma hazırda bu şərtlər daxilində İsveçin NATO üzvlüyünə “hə” demək mümkün deyil”.(Anadolu)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar