Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zəifləyən Tehran: İranın hədəfə alınması həyəcanlı, təəccüblü və heyrətedicidir…

Təəccüblü olan isə Co Bayden administrasiyasnın keçmişdə olduğu kimi Tehranın xaricdəki vəkillərini hədəfə almaqla deyil, birbaşa İranı vurmaqla reaksiya verməsidir…

Abdurrahman Raşid
The İndependent qəzeti

Zaman keçdikcə və müharibələr artdıqca, Tehran zəifləyir. İran liderlik piramidası daxildəki narazılıq və davam edən iqtisadi sanksiyalar fonunda artıq öz şərtlərini tətbiq etmək gücündə deyil.

ABŞ-ın İrana ilk və son hücumu “Qartal pəncəsi” adlı hərbi əməliyyat olub.

1980-ci ildə ABŞ hökuməti Tehrandakı səfirliyində saxlanılan vətəndaşlarını xilas etmək qərarına gəldi və təyyarədaşıyan, döyüş təyyarələri, hərbi yük təyyarələri, helikopterlər, xüsusi və dəniz qüvvələrinin köməyi ilə ildırım sürətli hərbi hərəkət planı hazırladı.

Ancaq toz fırtınası əməliyyatı uğursuz etdi və sonra amerikalılar birbaşa hücum fikrindən uzaqlaşdılar və proksi əməliyyatlarla uzaqdan cavab verməklə kifayətləndilər.

İsfahanda ABŞ və İsrailin barmaq izlərini daşıyan pilotsuz təyyarələrin gözlənilməz və təəccüblü hücumu dünyanı heyrətə gətirib.

Pilotsuz təyyarənin zərbəsi İranın Ukrayna müharibəsində pilotsuz təyyarələrlə iştirakına açıq cavabdır.

ABŞ-ın Çinlə münaqişəsi böyüdükdən, Rusiya və Ukraynada müharibə başlayandan sonra neft, qaz, region və İran yenidən gündəmə gəlib.

Keçən həftə ABŞ-İsrail təlimləri İrana qarşı əhəmiyyətli bir hadisə idi və nüvə təhlükələri ilə mübarizə üçün təlimləri əhatə edirdi.

Hərbi hücum müharibə elanından daha çox mesajdır və Tehran dağıdılmış hərbi obyektlərini bərpa edə bilər. Mesaj İranın Ukraynadakı müharibənin hədəfi olacaağını göstərir.

Ukrayna müharibəsi və İrana qarşı hücumlar Rusiya-Qərb münaqişəsini Suriya münaqişəsindən kənara, İrana qədər daşıdı.

Rusiya mediası hökumətini İrana nüvə siladı da daxil olmaqla, silahlanma proqramına dəstək verməyə təşviq edir. Moskva isə bir sıra səbəblərə görə çətin ki, bunu etsin.

İranlılar Ukraynada rusların əsas pilotsuz təyyarə tədarükçüsü olmağa razılaşanda daha bir təhlükəli oyuna girdiklərini başa düşməliydilər. Hansı ki, mənim fikrimsə, onların məqsədi Qərblə öz xeyrinə güzəştli şərtlərlə hərtərəfli razılaşmaya qayıtmaq üçün danışıqlar aparmaq idi. Bir sözlə, onların Ukrayna müharibəsində dolayısı ilə iştirakının hədəfi Vyana danışıqları idi.

Təəccüblü olan isə Co Bayden administrasiyasnın keçmişdə olduğu kimi Tehranın xaricdəki vəkillərini hədəfə almaqla deyil, birbaşa İranı vurmaqla reaksiya verməsidir.

Rusiya mediası iddia edir ki, ABŞ və müttəfiqlərinin İranın hərbi mərkəzlərini bombalamaqda məqsədi ABŞ-ın İranla gizli danışıqlarını ört-basdır etməkdir.

Həqiqət isə budur ki, ABŞ-ın danışıqlarla bağlı səyləri heç kimə sirr deyil; Həqiqətən də, həm Vyanada, həm də Nyu-Yorkda bu səylər İran faylına cavabdeh olan ABŞ rəsmisi Robert Malley ilə İranın BMT-dəki səfiri arasında müşahidə olunub.

Böyük hücumun hədəfi olan İranı, Ukrayna ilə müharibə aparan Rusiyanı silahlandırmağı dayandırmağa məcbur etməkdir və əgər İran pilotsuz təyyarələr və raketlər göndərməkdə israr edərsə, çox güman ki, hücumlar davam edəcək.

ABŞ və israillilər İranın raket və pilotsuz təyyarələr üçün hərbi istehsal sistemini məhv etmək gücünə malikdirlər.

Yerin 8 metr altında olan cəbhəxana və bunkerlə qorunan nüvə layihəsindən fərqli olaraq, bu istehsal sahələri açıq və əlçatandır.

Söhbət hərbi gücdə deyil, iradə və qətiyyətdən gedir. 24 ay əvvəl Əfqanıstandan çıxan ABŞ indi İranla müharibə riskini alarmı?

Ukrayna müharibəsi Birləşmiş Ştatların birbaşa təhlükəsizliyinə və rəhbərlik etdiyi NATO-ya meydan oxuyur və buna görə Vaşinqton Tehran rejimi ilə qarşıdurmaya hazır görünür.
Əminliklə demək olar ki, güc nümayişi etməklə, onun hərbi varlığını və İsraillə təlimlərini artırmaqla, İranın hərbi fabriklərini bombalamaqla özümüzü rəsmi qəbula hazır hiss etdiyimizi ilk dəfə hiss edirik.

Bu bizi son suala aparır:

İranı hədəf almaq işimizi asanlaşdıracaq, yoxsa vəziyyəti daha da çətinləşdirəcək?

Rejimin zəifləməsi, şübhəsiz ki, region üçün, eləcə də Ukrayna və Azərbaycan kimi ölkələr üçün yaxşı xəbərdir, lakin biz bu barədə bəhsə girə bilmərik.

Tehran Rusiya qırıcılarına silah tədarükünü dayandırmaq üçün Vaşinqtonla danışıqlar apararaq, hərtərəfli razılaşmanı onların gözləntilərinə uyğun canlandırmaq müqabilində tənliyi dəyişə bilər. Bu nöqtədə tənlik fərqlidir. Çünki Qərb mütləq İranı deyil, Rusiyanı mühasirəyə almaq istəyir.

Lakin vaxt keçdikcə və müharibələr artdıqca Tehran zəifləyir.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar