Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Asiya-Sakit okean regionunda NATO-Çin qarşıdurması…

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning fevralın 1-də Pekində keçirdiyi brifinqdə bildirib ki, Asiya-Sakit okean regionu geosiyasi rəqabət meydanı deyil və” soyuq müharibə” zehniyyətini alqışlamır…

PİA.az xarici mətbuata əsasən xəbər verir ki, Mao Ninq bunu NATO-nun baş katibi Yens Stoltenberqin Yaponiyaya səfəri zamanı verdiyi açıqlamanı şərh edərkən deyib.

Qeyd edək ki, Stoltenberq Yaponiyada bildirib ki, NATO Çindən gələn təhlükəsizlik təhdidlərinə cavab olaraq “vahid və möhkəm qalmalıdır”. O əlavə edib ki, “bu gün Avropada baş verənlər sabah Şərqi Asiyada baş verə bilər”.

Buna cavab olraq Çin Xarici İşlər Nazirliyindən bildirilib ki, Pekin NATO ilə bağlı məsələlərdə öz mövqeyini dəfələrlə bəyan edib. Regional müdafiə ittifaqı rolunu iddia edən NATO daim öz müdafiə zonasından və əhatə dairəsindən kənara çıxmağa, uydurma “Çin təhdidinə” əsaslanaraq Asiya-Sakit okean regionu ölkələri ilə hərbi təhlükəsizlik əlaqələrini gücləndirməyə çalışır. Bu cür hərəkətlər isə region ölkələrindən sayıqlıq tələb edir.

Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, Çin həmişə regional və qlobal sülh və sabitliyin müdafiəçisi olub.

“Qaynar məsələlərdə biz sülh danışıqlarını fəal şəkildə təşviq etdik və gərginliyin azaldılmasına çalışdıq. NATO Avropada təhlükəsizliyin təmin edilməsində oynadığı rol barədə diqqətlə düşünməlidir”, deyə Mao Ninq bildirib.

"Asiya-Sakit Okean regionu geosiyasi rəqabət meydanı deyil və Soyuq Müharibə zehniyyətini və blok qarşıdurmasını alqışlamır" deyə Çin Xarici İşlər Nazirliyinin sözcüsü fikrini yekunlaşdırıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar