Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran üçtərəfli formata daxil edilib... - Suriyada anlaşma əldə olunacaq?

Sergey Lavrov deyib ki, İranın Rusiya-Türkiyə-Suriya üçtərəfli formatına daxil edilməsində razılıq əldə edilib...

Siyasi-şərhçi: “İranın Rusiya-Türkiyə-Suriya üçtərəfli formatına daxil edilməsi heçdə təəccüblü deyil”.

“Burada Türkiyənin İranla bəzi maraqları üst üstə düşür. Xüsusəndə bölgədə ABŞ və İsrailin dəstəklədiyi PKK, YPĞ kimi terror təşkilatlarına qarşı birgə fəaliyyət göstərə bilərlər”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli İranın Rusiya-Türkiyə-Suriya üçtərəfli formatına daxil edilməsini PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlamasında qeyd edib ki, İranın Rusiya-Türkiyə-Suriya üçtərəfli formatına daxil edilməsi mövzusunda prinsip etibarilə razılaşma əldə edilib. Qeyd edək ki, bu təkliflə Ərdoğan çıxış edib.

İranın Rusiya-Türkiyə-Suriya üçtərəfli formatına qoşulması Suriya ilə bağlı prosesdə inkişaf yarada bilərmi və bu formatın Suriyada çox aktiv olan ABŞ-İsrail cütlüyü tərəfindən müsbət qəbul edilməsinə ehtimal vermək olar?

İranın üçtərəfli formata daxil edilməsinin nəticələrini PİA.az-ın əməkdaşı AĞ Partiya Mərkəzi Aparatının sədri Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “İran Suriya siyasətində Türkiyəyə qarşı olmasına baxmayaraq, ümümi maraqlar üçün hazırda əməkdaşlıq etməyə məcbur qalıb”.

Bölgədə ən kritik ölkənin Türkiyə olduğunu nəzərə çatdıran ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, həm Rusiya ilə İran, həm də ABŞ ilə İsrail Suriyada Türkiyə ilə hesablaşmağa məcburdur:

“Hesab edirəm ki, İranın bu üçtərəfli formata daxil edilməsi heçdə təəccüblü deyil. Çünki İran müharibənin əvvəlindən bəri öz silahlı dəstələrini Əsəd rejimini qorumaq üçün göndərən, həmçinin Suriya məsələsinin həlli üçün “Astana üçlüyü”nə daxil olan ölkələrdən biridir. Yəni İran bir başa bu prosesin içində olan ölkələrdəndir.

İranın bu proseslərə son zamanlar daha da can atmasını Suriyanın Şimal-Şərqində ABŞ və İsrailin aktivliyi ilə qiymətləndirirəm. İran Suriya siyasətində Türkiyəyə qarşı olmasına baxmayaraq, ümümi maraqlar üçün hazırda əməkdaşlıq etməyə məcbur qalıb. Həm Rusiyanın, həm də İranın əsas məqsədlərindən biri də Türkiyəni bölgədən çıxartmaqdır. Ancaq bunun hazırda mümkün olmadığınıda başa düşürlər. Ona görə də indiki məqamda Rusiya-Türkiyə-Suriya formatına İranın qoşulmasında məqsəd bölgədə baş verəcək hansısa bir yeni savaşda Türkiyəni yanlarına almaq üçündür.

Burada Türkiyənin İranla bəzi maraqları üst üstə düşür. Xüsusəndə bölgədə ABŞ və İsrailin dəstəklədiyi PKK, YPĞ kimi terror təşkilatlarına qarşı birgə fəaliyyət göstərə bilərlər. Hər bir halda, fikrimcə bölgədə ən kritik ölkə Türkiyədir. Həm Rusiya ilə İran, həmdə ABŞ ilə İsrail Türkiyə ilə hesablaşmağa məcburdur. Kim Türkiyə ilə bu məsələdə anlaşarsa və Türkiyəni öz yanına çəkərsə, o da bu məsələdə üstünlüyə sahib olacaq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar