Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pentaqon: Ukrayna yaxın vaxtlarda Krımı qaytara bilməyəcək…

Pentaqonun dörd məruzəçisi Ukraynanın 2023-cü ildə Rusiyanı işğal olunmuş ərazilərdən çıxara biləcəyinə şübhə edir…

PİA.az xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.

Nəşr ABŞ Müdafiə Nazirliyinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən gizli brifinqdə səsləndirdiyi fikirlərə istinadən yazır ki, Ukrayna silahlı qüvvələri çətin ki, Rusiya qoşunlarını yaxın gələcəkdə Krım yarımadasından çıxara bilsin.

Rəsmi Pentaqon bu məlumatı Poltico qəzetinə şərh etməkdən imtina edərək bildirib ki, Ukraynanın müdafiə qabiliyyəti öz sözünü deyir.

“Biz məxfi brifinqləri şərh etmək fikrində deyilik, fərziyyələr haqqında danışmayacağıq və gələcək əməliyyatlar haqqında spekulyasiya etməyəcəyik”, deyə Pentaqonun sözçüsü Sabrina Sinq bildirib. Sinq qeyd edib ki, Ukraynanın döyüşmək və suveren əraziləri geri almaq qabiliyyəti baxımından, onların Rusiya təcavüzünü dəf etməkdə uğurları və döyüş meydanında davamlı uyğunlaşma qabiliyyəti öz sözünü deyir.

Nəşrin insayderləri qeyd edirlər ki, Pentaqonun mənfi proqnozu ABŞ Müdafiə Nazirlitinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Millinin sözləri ilə üst-üstə düşür. Xatırladaq ki. Milli daha əvvəl 2023-cü ildə rus qoşunlarını işğal olunmuş ərazilərdən hərbi yolla çıxarmaq çox çətin olacağını söyləmişdi.

“Bu o demək deyil ki, ola bilməz. Bu o demək deyil ki, bu baş verməyəcək, lakin bu, çox, çox çətin olacaq”, deyə Mark Milli bildirmişdi.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar