Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail Qəzzaya hava zərbələri endirib

Bu gün səhər saatlarında İsrail Ordusu Qəzzə zolağına hava zərbələri endirib...

PİA.az xəbər verir ki, CNN-in verdiyi məlumata görə, İsrail Müdafiə Qüvvələri (IDF) sahil anklavından raket hücumunun qarşısını aldıqdan sonra fevralın 2-də səhər saatlarında Qəzzəyə hava zərbələri endirib.

İsrail ordusu tvitində bildirib ki, qırıcılar Qəzzə zolağına nəzarət edən Fələstin qruplaşması HƏMAS-a məxsus kimyəvi istehsal müəssisəsini və silah istehsalı müəssisəsini hədəf alıb.

Bəyanatda deyilir: “Qəzzədən gələn bütün terror fəaliyyətlərinə görə HƏMAS-ı məsuliyyət daşıyır və İsrailə qarşı təhlükəsizlik pozuntularının nəticələri ilə üzləşəcək”.

Qeyd edək ki, bir gün əvvəl İsrail ordusu Qəzzadan atılan raketin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu bildirmişdi.

Hava hücumu nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.

Fələstinin rəsmi xəbər və informasiya agentliyi WAFA bildirib ki, F-16 döyüş təyyarələri Qəzzə zolağının mərkəzində yerləşən obyektə ən azı 5 raket zərbəsi endirib. Hücum nəticəsində obyektlər yanıb və yaxınlıqdakı evlərə ziyan dəyib. İki raket mərkəzi bölgədəki kənd təsərrüfatı sahələrinə də düşüb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar