Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvanda Gənclər Günü münasibətilə ümumşəhər tədbiri keçirilib

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub...

2 fevral-Gənclər Gününə həsr olunan Heydər Əliyev ili çərçivəsində Şirvan Şəhər İcra Hakimiyyətinin, Şirvan Gənclər Evi Sosial Xidmət Müəssisəsinin, Şirvan Şəhər Gənclər və İdman İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin birgə təşkilatçılığı ilə “Heydər ƏliyevAzərbaycan gəncliyi” mövzusunda ümumşəhər tədbiri keçirilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhər İcra Hakimiyyətinin, gənclər təşkilatlarının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhərin elm, təhsil, mədəniyyət, idman sahəsində, istehsalatda, ictimai fəaliyyətdə fərqlənən gəncləri öncə şəhərin mərkəzi meydanında ucalan Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir iştirakçıları “Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisəsində Gənclər gününə həsr olunmuş şəhər gənclərinin rəsm əsərlərindən və əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Dövlət Gənclər siyasətinin banisi Ulu öndər Heydər Əliyevin və vətənimizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra ölkəmizdə həyata keçirilən gənclər siyasətinin mühüm məqamlarını əks etdirən video çarx izlənilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Gənclər Günü münasibətilə Şirvan gənclərini təbrik edib və onlara uğurlu gələcək arzulayıb. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsindən, cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsindən danışıb. Hər il ölkəmizdə 2 fevral - Azərbaycan gəncləri gününün təntənə ilə qeyd edilməsinin ölkə gənclərinə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb. Gənclər siyasətinin həyata keçirilməsi sahəsində qəbul edilən fərman və sərəncamların, dövlət proqramlarının əhəmiyyətini qeyd edib. Gənclər Evlərinin, Olimpiya İdman Komplekslərinin, idman-sağlamlıq mərkəzlərinin yaradılması, İdman infrastrukturunun möhkəmləndirilməsi, idmançıların sosial-rifah halının yaxşılaşdırılması istiqamətində görülən işləri diqqətə çatdırıb. Şəhərimizdə də gənclərin durmadan inkişaf etdiyini, intellektual səviyyəli, bilikli və bacarıqlı, yaradıcı gənclərin formalaşdığını, idmançılarımızın respublika və beynəlxalq miqyaslı yarışlarda inamlı qələbələr qazandığını, əldə etdikləri nailiyyətlərlə ölkəmizin inkişafına öz töhvələrini verdiklərini bildirib. Ölkə gənclərinin vətənpərvərliyindən, şücaətindən, mərdliyindən söz açaraq, 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsində ölkə başçısının səfərbərliklə bağlı çağırışına minlərlə gəncin qoşulduğunu, Müzəffər Ali Baş Komandanın “Dəmir yumruğ”unda möhkəm birləşdiyini, Vətənin müdafiəsində, torpaqlarımızın işğaldan azad edilməsində misilsiz qəhərmanlıqlar göstərdiyini xatırladıb. Vətən müharibəsində Şirvan gənclərinin fəal iştirakını yüksək qiymətləndirən İlqar Abbasov bir daha onlara təşəkkürünü bildirib. Ömrünün ən gözəl çağında şəhid olan gənclərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib. Öz qəhrəmanlıqları ilə ilə şanlı tarix yazan gənclərimizin qəlblərdə əbədi yaşayacağını qeyd edib.

Sonra Milli Məclisin deputatı İltizam Yusifov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin sektor müdiri Fikrət Hüseynov, YAP Şəhər Təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Gənclər və İdman İdarəsinin müdiri Samit Həsənov, Şirvan Gənclər evinin direktoru Əfqan Həsənov, fəal gənc Rəşad Aslanov, Şirvan Gənclər Evinin könüllüsü Aynur Əziz gənclərin respublikamızın müxtəlif sahələrin inkişafında rolundan, son illərdə qazandıqları uğurlarından, könüllülük fəaliyyətinin əhəmiyyətindən, 44 günlük Vətən müharibəsində həm ön cəbhədə, həm də arxa cəbhədə göstərdikləri fədakarlıqlardan söz açıblar. Gənclər Günü münasibətilə tədbirdə iştirak edən gənclərin timsalında bütün ölkə gənclərini təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhərin ictimai həyatında fəal iştirak edən bir qrup gənci Fəxri fərmanla təltif etdikdən sonra onlarla xatirə şəkli çəkdirib.

pia.az

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar