Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

The Guardian: Rusiya bu yaz Ukraynadan daha çox hücuma hazır ola bilər

Ekspertlər Kiyevin tankları səbirlə gözlədiyi bir vaxtda Moskvanın yenidən təşəbbüsü ələ keçirmək riskini qeyd edirlər…

Yanvarın sonlarında Uqledar yaxınlığında Rusiyanın yeni hücumu nümayiş etdirir ki, Moskva qüvvələrini kritik və getdikcə qeyri-müəyyən bir yaz dövrü ərəfəsinə döyüşə hazırlaşdırır. Lakin aylardır ukraynalı müdafiəçilərin mövqelərini möhkəmləndirdiyi bölgədəki döyüş meydanında Rusiya qüvvələri hələ də ciddi uğur qazana bilməyib.

Lakin 100 kilometr şimalda “Vaqner qrupu”nun muzdluları Baxmut şəhərinə sonsuz hücumlar həyata keçirirlər. Görünür ki, işğalçılar indi iki tərəfdən hücuma keçməyə çalışırlar.

PİA.az xəbər verir ki, bu barədə The Guardian qəzeti yazır.

İndiyədək belə bir fikir üstünlük təşkil edirdi ki, təşəbbüs Rusiyanın sentyabrda İzyumdan xaotik şəkildə geri çəkilməsindən və iki ay sonra rus qoşunlarının Xersondan daha mütəşəkkil şəkildə çıxarılmasından sonra Ukraynanın əlində idi. Ancaq bəzi ekspertlər vəziyyətin dəyişdiyini deyir. Əslində isə cəbhədə vəziyyət daha da balanslaşdırılıb.

Müharibə Araşdıqmaları İnstitutu (ISW) bu həftə qeyd edib ki, münaqişə “mövqe müharibəsi”nə keçib, bu, Rusiyaya “istədiyi təqdirdə liderlik etmək imkanı verir. Bu, Ukraynanın gələcək əks-hücumunu çətinləşdirir.

Qərb rəsmiləri hesab edirlər ki, Rusiyanın Uqledardakı səyləri strateji baxımdan hələ yaz hücumunun başlanğıcı deyil. Ancaq bu hücumun uzaqda olmadığına dair şübhələr var.

The Guardian qeyd edir ki, Rusiyanın yeni hücumları Ukraynanın elektrik şəbəkələrinə Rusiyanın raket hücumlarının səngiməsi fonunda baş verir ki, bu da general Valeri Gerasimovun dinc əhaliyə göydən terror etmək uğursuz cəhdlər əvəzinə, daha ənənəvi hərbi yanaşmalara diqqət yetirməsi anlamına gələ bilər.

“Əmin olmaq üçün hələ tezdir, lakin bu qışda şəbəkənin dağılmayacağı ehtimalı artır. Təbii ki, bu tamamilə mümkündür ki, Rusiya işğalın başlanmasından bir il ötür və yəqin ki, artıq tükənmiş raket ehtiyatını saxlamağa qərar verib”, deyə The Guardian yazır.

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Parisə səfəri zamanı etiraf edib ki, yazda Rusiya böyük hücumu başlaya bilər. Onun sözlərinə görə, Rusiya rəsmi olaraq elan olunduğu kimi 300 min əvəzinə 500 min əsgəri səfərbər edə bilərdi.

The Guardian qeyd edir ki, Ukrayna tərəfinin bu cür iddiaları siyasi motivli ola bilər, çünki Kiyev yorulmadan Qərb tərəfdaşlarını tanklardan tutmuş F-16 qırıcılarına qədər daha çox silah ötürməyə inandırmağa çalışır.

Baxmut yaxınlığında Rusiyanın sürəti artsa da, işğalçılar Soledarı ələ keçirə bilsələr də, bu döyüşlərdə minlərlə rus həyatını itirib. Rusiaya tərəfindən cəbhəyə cəlb edilən rus məhbusları kütləvi şəkildə açıq mövqelərə atılırlar və böyük itkilər verirlər.

“Lakin ən azı Qərb kəşfiyyatları arasında Ukraynadakı müharibənin 2023-cü ilin sonuna qədər davam edəcəyinə dair gözləntiləri artır. Qərb silahlarının tədarükü heç vaxt kifayət qədər sürətlə baş verməyib vəə Ukraynaya vəd edilən 120-140 tankdan ibarət ilk dalğanın Pasxa bayramına çatacağı ümidinə baxmayaraq, ekipajların hazırlığını nəzərə alsaq, bu, may ayında və ya daha sonra baş verə bilər”, deyə The Guardian-nın məqaləsində deyilir.

Nəşr onu da yazır ki, Ukrayna siyasi dairələrində cəbhədəki ukraynalı əsgərlərin fasiləsiz döyüşə nə qədər davam edə biləcəkləri ilə bağlı narahatlıqları artır.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar