Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dörd alman sanksiyalardan yayınaraq Krıma "Siemens" turbinlərini satmaqda ittiham edilir    

Hamburq prokurorluğu dörd Almaniya və bir İsveçrə vətəndaşını sanksiya qanunvericiliyini pozmaqda ittiham edib...

Poliqon xəbər verir ki, Wirtschafts Woche qəzetinin yazdığına görə, iş üzrə təqsirləndirilən şəxslər 2015-2016-cı illərdə dörd "Siemens" qaz turbininin Krıma ixracına yardım ediblər.

Wirtschafts Woche-ə görə, müttəhimlər Almaniyanın 2014-cü ildən sonra tətbiq etdiyi sanksiyalara baxmayaraq, sonda Krıma göndəriləcəyini bilə-bilə Rusiya şirkətinə turbinlərin satışını asanlaşdırıblar. Qəzetin yazdığına görə, Hamburq limanı vasitəsilə Sankt-Peterburqa 111 milyon avro dəyərində turbinlər göndərilib. Çatdırılmalar 2015-ci ilin noyabrından 2016-cı ilin yanvar ayına kimi həyata keçirilib.

Təchizat müqaviləsində turbinlərin Rusiyanın cənubunda istifadə ediləcəyi göstərilib. Lakin onlar Sevastopol və Simferopoldakı elektrik stansiyalarında quraşdırılıb. Prokurorluq hesab edir ki, təqsirləndirilən şəxslər dolayı yolla fayda əldə etmək niyyətində olublar.

"Siemens" istintaqla əməkdaşlıq etdiklərini, lakin Krıma turbinlərin satılmasından xəbərsiz olduqlarını bildirib. Beş nəfərdən biri hələ də "Siemens"də işləyir və şirkətin onu işdən çıxarmaq planları yoxdur. Şirkət sözçüsü bununla bağlı açıqlamasında təqsirsizlik prezumpsiyasına istinad edib. 

Reuters qeyd edir ki, onların hamısı günahlarını inkar edir.

2022-ci ilin martında Almaniyanın "Siemens AG" şirkəti sanksiyalara görə Rusiyanı tərk edib və məhsul tədarükünü dayandırıb. 2021-ci ildən etibarən şirkətin Rusiya strukturu bölünmə şəklində yenidən qurulma prosesindədir. Fevral ayında onun adı dəyişdirilərək "Siemens" MMC-dən "Systems" MMC-yə çevrilib.

Poliqon.info

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Ən çox oxunanalar