Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polşalı general: Rusiya və Belarusla sərhədi minalamaq lazımdır

Polşa Quru Qoşunlarının keçmiş komandanı, general Valdemar Skşiçak hesab edir ki, Rusiyanın NATO ilə münaqişəsi çətin görünsə də, hazırda Rusiya Federasiyası və Belarusla sərhəddə istehkamlar qurmaq və minalanmış sahələr yaratmaq lazımdır....

Poliqon xəbər verir ki, bu barədə o, "Delfi"yə müsahibəsində bildirib.

"Ukraynadakı müharibə təcrübəsi sübut edir ki, düşməni dayandırmaq üçün istehkamlar, müdafiə mövqeləri və minalanmış sahələr necə qurulacağına dair biliklər yenidən aktualdır. Hesab edirəm ki, Polşa və Litvanın Rusiya ilə sərhədləri möhkəmləndirilməli, eşelonlaşdırılmış mina sahələri indi, sülh dövründə yerləşdirilməlidir. Müharibə zamanı sərhəd ərazilərində istehkamlar tikmək çox gec ola bilər", deyə Skşiçak vurğulayıb.

Onun fikrincə, Belarusla sərhəd Aleksandr Lukaşenkonun apardığı hibrid müharibənin döyüş meydanına çevrilmiş ərazidir.

"Həm Lukaşenko, həm də Putin bilməlidir ki, müharibəyə başlamaq qərarına gəlsələr, onların qoşunları o qədər möhkəmləndirilmiş əraziləri aşmalı olacaq və bu, onların hərbçilərindən böyük qurbanlar tələb edəcək", deyə keçmiş komandir vurğulayıb.

Eyni zamanda o, Ukraynada müharibənin davam etdiyi bir vaxtda Avropada genişmiqyaslı müharibə təhlükəsinin olmadığı qənaətində olduğunu bildirib.

"Rusların bu müharibəyə başlamaq potensialı yoxdur. Bununla belə, biz hazırlamalıyıq, yaxşı silahlanmış və motivasiyalı əsgərlərdən ibarət silahlı qüvvə yaratmalıyıq. Biz güclü olsaq, heç bir müharibə başlamayacaq", deyə general Skşiçak vurğulayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Ən çox oxunanalar