Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Göyçay sakini qətlə yetirilib, şübhəli şəxs qismində oğlu saxlanılıb...

Aprelin 29-da saat 21 radələrində Göyçay rayon sakini 1961-ci il təvəllüdlü Eynulla Əhmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Report"a Göyçay rayon prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, araşdırma zamanı 1989-cu il təvəllüdlü Kamal Əhmədovun rayonun Qaraxıdır kəndi ərazisində atası Eynulla Əhmədovu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işinin istintaqı aparılır.

Kamal Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

***

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a bildirilib ki, aprelin 29-u saat 21 radələrində Göyçay rayon sakini, 1961-ci il təvəllüdlü Əhmədov Eynulla Sahabqulu oğlunun əllə yetirilən xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Əhmədovun oğlu Kamal Əhmədov saxlanılıb.

Araşdırma aparılır.

Poliqon.info


Etiket: DİN qətl


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Ən çox oxunanalar