Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaqauziyada təqaüdçülərə Rusiya əlavə ödənişlər edəcək - Onlara artıq “Mir” kartları verilib...

Moldovadakı Qaqauziya muxtariyyətinin hakimiyyət orqanalrı mayın 1-dək təqaüdçüləri “Mir” kartları ilə təmin edib...

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyinin məlumatında bildirilir. Qaqauziyanın xarici əlaqələr şöbəsinin rəis müavini Yuri Kuznetsov Agentliyə bildirib ki, “Promsvyazbank” hər bir pensiyaçıya “Mir” kartı vermək öhdəliyini öz üzərinə götürüb.

Rusiydan 9958 rubl məbləğində pensiyaya əlavə ödəniş artıq təqaüdçülərin 40% -nin kartlarına köçürülüb. Bu kartlar üzrə hər ay Rusiyadan maliyyə yardımı alınacaq. Kuznetsovun sözlərinə görə, Qaqauziyada 20 minə yaxın təqaüdçü var, onlardan 8 mini artıq pulu alıb.

Qeyd edək ki, aprelin 9-da Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul “Promsvyazbank” ilə Qaqauziya sakinləri üçün “Mir” ödəniş sisteminin bank kartlarının verilməsinə dair müqavilə imzalayıb. Qutsul bildirib ki, bunun sayəsində muxtariyyətin pensiyaçıları mayın 1-dən Rusiyadan 110 dollardan çox əlavə ödənişlər alacaqlar. Xanım Qutsul qeyd edib ki, bu vəsaiti təqaüdçülər Rusiyada yerləşən qohumları vasitəsilə əldə edəcəklər. Onlar pul köçürmə sistemləri vasitəsilə onları nağdlaşdırıb Moldovaya göndərə bilərlər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Xalq artisti: "Toya gedən rəqqasə pula görə özünü alçaldır"

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Ən çox oxunanalar