Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pekin ABŞ-ın yeni sanksiyalarını qeyri-qanuni və birtərəfli adlandırıb

20 Çin şirkəti ABŞ-ın məhdudlaşdırıcı tədbirlərinə məruz qalıb...

ÇXR Amerika hakimiyyətinin Çin şirkətlərinə qarşı qeyri-qanuni və birtərəfli məhdudlaşdırıcı tədbirlərinə qəti şəkildə qarşı çıxır.

Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyinə müsahibəsində Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Lyu Penqyu bildirib.

Yüksək səviyyəli diplomat ABŞ-ın Moskvaya qarşı tətbiq etdiyi yeni sanksiyalar siyahısına Çin firmalarının daxil edilməsini şərh edib. ABŞ Maliyyə Nazirliyi bəyan edib ki, bu müəssisələr Rusiya tərəfinə ehtiyacı olan avadanlığın alınmasına kömək edir.

Lyu Penqyu qeyd edib ki, Pekin Çindən gələn şirkətlərin qanuni hüquqlarını müdafiə etməyə davam edəcək. O, həmçinin Pekin və Moskva arasında ticarət-iqtisadi sahədə qarşılıqlı fəaliyyətin bazar prinsiplərinə uyğun olduğunu və Ümumdünya Ticarət Assosiasiyasının heç bir qaydalarını pozmadığını vurğulayıb.

Çinli diplomat vurğulayıb ki, Rusiya-Çin ticarət əlaqələri üçüncü ölkələrə qarşı yönəlməyib.

Qeyd edək ki, mayın 1-də Vaşinqton Moskvaya qarşı yeni sanksiyalar paketini təqdim edib. Siyahıya 200-dən çox Rusiya şirkəti daxildir. Məhdudlaşdırıcı tədbirlər Çində qeydiyyatdan keçmiş 20 şirkət və Slovakiya, Birləşmiş Ərəb Əmirlikləri, Belçika, Türkiyə şirkətləri var. Siyahıda həmçinin bir Azərbaycan şirkəti də yer alıb.

Poliqon.info


Etiket: Pekin ABŞ Sanksiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Paşinyan Ermənistanda kilsə islahatları apara bilər?

Zelenski: Tərəfdaşlar Rusiyanın müharibədə uduzmasından qorxurlar...

Bakıda axtarışda olan şəxs hava limanında saxlanılıb

Ən çox oxunanalar