Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - Foto

Aprelin 25-28 günlərində “Beynəlxalq VoiceIstanbul 2024” konqresi keçirilib...

Konqresə səslə məşğul olan müxtəlif sahə mütəxəssisləri - qulaq, burun, boğaz həkimləri, foniatrlar, dil və nitq patoloqları, vokal pedaqoqlar, müğənnilər və s. olmaqla 50 ölkədən 1000-ə yaxın iştirakçı qatılıb, Azərbaycan da böyük bir nümayəndə heyəti ilə təmsil olunub.

Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin baş katibi, Dosent Ramil Həşimlinin sözlərinə görə, “VoiceIstanbul” 2019-cu ildən etibarən keçirilir.

“Bu il 3-cü və ən böyük konqres keçirildi. Biz də ilkindən etibarən bu tədbirdə aktiv şəkildə iştirak edirik.

2019 və 2022-ci illərdə keçirilmiş konqresdə Milli Konservatoriyanın doktorantı, “səsin tədqiqi laboratoriyasının” rəhbəri Aleksandira Sultan Von Bruseldorflə bərabər apardığımız elmi işlərin nəticələrini təqdim etmişdik.

Bu il də eyni ənənəni daha geniş şəkildə davam etdirdik. Moderatoru olduğum “Azərbaycan muğam ifaçılarının vokal dözümlülüyünün və sənətkarlığının tədqiqi” panelində xanəndə səsi, muğam ifaçılığı hər tərəfli surətdə təqdim olundu”.

R.Həşimli qeyd edib ki, Aleksandria xanımla bərabər klinikanın həkimləri Dilşad Şadlinskaya və Kamil Süleymanovun təqdimatları, eləcə də Azərbaycanın əməkdar artisti, Milli Konservatoriyanın Muğam kafedrasının dosenti Gülüstan Əliyevanın panelistlər arasında olması, “Opera Sənətində Klassik Vokal və Muğam Sintezi” mövzulu çıxışı və sonda canlı muğam ifası dinləyicilər tərəfindən çox böyük maraqla qarşılanıb: “Salonda olan sahəmizin öndə gələn alimlərindən bu panelə görə çox müsbət rəylər almamız sevindirici, fərəhli və ruhlandırıcı oldu. Bununla bərabər həm 2022-ci ildə, həm də bu ilki tədbirin elmi proqramında qurucu baş katibi olduğum “Mərkəzi və Qərbi Asiya Qulaq, burun, boğaz və Baş boyun cərrahiyyəsi birliyi - CWASOS” paneli də vardı ki, bu paneldə Türk dövlətlərinin təmsilçiləri olan doktorlarımız öz elmi işlərini təqdim etdilər”.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Ən çox oxunanalar