Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Ağdam şəhərində VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunmuş xüsusi sessiya keçirilib...

"Report" xəbər verir ki, yerli və beynəlxalq nümayəndələrin iştirak etdiyi sessiya "Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri" mövzusuna həsr edilib.

Konfransda minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri ilə əlaqədar sərgi təşkil olunub.

Bununla bərabər, mina təhlükəsi və bundan mühafizə ilə əlaqədar qısametrajlı məlumatlandırıcı film nümayiş edilib.

Qonaqları salamlayan Ağdam, Füzuli, Xocavənd rayonları üzrə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev forum iştirakçılarını 30 il işğal altında olan, mədəni və tarixi abidələri məhv edilən qədim Azərbaycan torpağında - Ağdamda görməkdən şad olduğunu bildirib. Ağdamda aparılan quruculuq işləri haqqında məlumat verən B.Hacıyev qeyd edib ki, rayonun Kəngərli kəndinə 292, Xıdırlı kəndinə 719, Sarıcalı kəndinə 203 ailənin köçürülməsi nəzərdə tutulur.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov isə 30 illik işğal ərzində Ağdamın zəngin mədəni irsi dağıdılıb, talan edilib, oğurlandığını söyləyib. Nazir müavini vurğulayıb ki, hazırda bura xarabalıqlar şəhəridir, burada 1.5 milyona yaxın mina basdırılıb.

Sessiyada çıxış edən Maltanın UNESCO üzrə Milli Komissiyasının sədri Reymond Bondin isə Azərbaycan kimi qədim və böyük tarixə malik ölkə üçün mövcud mina probleminin mənfi imic olduğunu deyib. O qeyd edib ki, forum iştirakçılarının bəziləri məhz təhlükəsizlik səbəbindən Ağdama səfərdən imtina ediblər. R.Bondin görülən quruculuq bərpa işlərinə görə Azərbaycan hökumətinə təşəkkür edib.

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Beynəlxalq əlaqələr maarifləndirmə və mətbuatla iş idarəsinin rəisi Ramil Əzizov isə təqdimatla çıxış edərək azad edilmiş ərazilərdəki mina təhlükəsi ilə bağlı iştirakçıları məlumatlandırıb. O bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi yüksək səviyyədə, 780 min hektar ərazi isə orta və aşağı səviyyədə mina ilə çirkləndirilib. O qeyd edib ki, antiterror əməliyyatlarından sonra Xocalı və Xankəndi ərazilərində çoxsaylı tələ minalar aşkarlanıb.

Sessiya çərçivəsində həmçinin BMT-nin İnkişaf Proqramının mütəxəssisi Qadim Tariq, UNESCO-nun Mədəniyyət və Fövqəladə Hallar, Mədəniyyət sektorunun direktoru Krista Pikkat, ICESCO-nun İslam Dünyası İrs Mərkəzinin direktoru Vebber Ndoronun məruzələri dinlənilib, mina təhlükəsi və ondan mühafizə yolları haqqında müzakirələr aparılıb.

***

"Report" xəbər verir ki, yerli və beynəlxalq nümayəndələr Forum çərçivəsində Ağdam Konfrans Mərkəzində keçirilən "Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri" mövzusunda xüsusi sessiyaya qatılıblar.

Sessiyadan sonra iştirakçılar Ağdam Cümə məscidini, Çörək muzeyini, İmarət Kompleksi, Dram teatrı və xarabalıqları ziyarəti gözlənilir.

***

Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarının azad olunan ərazilərə səfəri başlayıb.

"Report"un Füzuliyə ezam edilmiş əməkdaşı xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanına düşən qonaqları Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev qarşılayıb.

Onlar forum çərçivəsində Ağdamda keçiriləcək "Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri" mövzusunda xüsusi sessiyaya qatılacaqlar.

Sessiyada Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Xarici İşlər Nazirliyinin (XİN) İdarə rəisi Qaya Məmmədov məruzə ilə çıxış edəcəklər.

Həmçinin BMT-nin İnkişaf Proqramının mütəxəssisi Qadim Tariq, UNESCO-nun Mədəniyyət və Fövqəladə Hallar, Mədəniyyət sektorunun direktoru Krista Pikkat və digər qonaqların məruzələri dinləniləcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Paşinyan Ermənistanda kilsə islahatları apara bilər?

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Bakıda axtarışda olan şəxs hava limanında saxlanılıb

Zelenski: Tərəfdaşlar Rusiyanın müharibədə uduzmasından qorxurlar...

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Füzuli, Ağdam və Cəbrayılın 29 kəndində və Horadizdə yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi dayandırılıb

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ən çox oxunanalar