Bazar ertəsi, 27 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Panamada prezident seçkiləri – Mulino qalib gəlir...

Panamada keçirilən prezident seçkilərində seçki məntəqələrinin 55%-nin səslərinin hesablanmasından sonra Xose Raul Mulino öndədir...

Poliqon xəbər verir ki, səsvermənin nəticələri Panama Seçki Tribunalının YouTube kanalında canlı yayımlanır.

Seçki məntəqələrinin 55%-dən çoxunun məlumatlarına əsasən, Panamada keçirilən prezident seçkilərində Xose Raul Mulino səslərin 34%-dən çoxunu qazanıb.

Respublikanın keçmiş prezidenti Rikardo Martinellinin “Məqsədə çatmaq” partiyasından namizədliyini irəli sürən Mulino indiyədək 34,07 faiz səs toplayıb. İkinci yerdə 24,75% səslə 2022-ci ildə korrupsiyaya qarşı mübarizənin fonunda yaranmış “Başqa yol” hərəkatının lideri Rikardo Lombanadır. İlk üçlüyü 15,84% səslə Panamanın eks-prezidenti Martin Torrixos qapayır. Seçkilərdə seçicilərin 76,7 faizi iştirak edib.

2029-cu il iyunun 30-dək Panamaya rəhbərlik edəcək qalib sadə səs çoxluğu ilə müəyyən edilir. Panamada prezidentlik yalnız bir dövrdür.

Analitiklərin fikrincə, Mulino populyarlığını 2009-2014-cü illərdə ölkəyə rəhbərlik etmiş Martinelliyə borcludur. Əvvəlcə Mulino Martinelli ilə birlikdə vitse-prezident vəzifəsinə namizəd olmalı idi, lakin məhkəmə keçmiş dövlət başçısını çirkli pulların yuyulmasına görə 11 il həbs cəzasına məhkum edib.

Mulino geniş idarəetmə təcrübəsinə malikdir. Xarici işlər, ictimai təhlükəsizlik və ədliyyə nazirliklərinə rəhbərlik edib.

Siyasətçi paytaxtın metro şəbəkəsini genişləndirməklə işsizlik və cinayətkarlıq problemlərini həll edəcəyini, su təchizatının vəziyyəti ilə məşğul olacağını, ictimai nəqliyyatın fəaliyyətini yaxşılaşdıracağını vəd edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda keşiş Paşinyanın postuna namizəd oldu

Qazaxın işğaldan azad edilən dörd kəndinin sakinləri doğma yurdlarında - Video

Paytaxtdakı uşaq bağçasında çəkilən kadrlar müzakirələrə səbəb olub

Əfv sərəncamına əsasən dörd qadın məhbus azad edili

Azərbaycanda hotellərə ulduz dərəcəsi hansı meyarlara görə verilir?

Siyəzəndə 45 yaşlı kişi özünü güllələyib

Zelenski ABŞ və Çin liderlərini sülh sammitinə çağırıb

Ən çox oxunanalar