Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

HƏMAS-ın razılıq verdiyi atəşkəs şərtləri...

HƏMAS-ın qəbul etdiyi atəşkəs Qəzza zolağından 50 yaraqlının çıxarılmasını nəzərdə tutur...

Mayın 6-da axşam saatlarında Fələstinin HƏMAS hərəkatı tərəfindən qəbul edilən atəşkəs razılaşması hər biri 42 gün davam edən 3 mərhələdən ibarətdir.

Poliqon xəbər verir ki, “Al-Araby Al-Jadeed” nəşrinin dərc etdiyi razılaşmanın mətninə əsasən, ən azı 50 yaraqlının müalicə üçün Qəzza zolağını tərk etməsini nəzərdə tutur.

Sənədin mətnində deyilir ki, atəşkəsin ilk mərhələsində İsrail ordusu Qəzza zolağında quraşdırılmış bütün qurğuları tamamilə sökməli və tədricən Qəzza zolağından çıxmalıdır. HƏMAS həmçinin İsrail həbsxanalarındakı 30 məhbusun azad edilməsi müqabilində bir israilli uşaq və qadın məhbusu geri qaytarmağa razılıq verib.

İkinci mərhələdə Fələstin hərəkatı sağ qalan bütün israilli kişi əsirlərin geri qaytarılmasına razılıq verdi. Üçüncü mərhələdə, razılaşmada qeyd olunduğu kimi, HƏMAS ölülərin qalıqlarını dəyişdirmək və Qəzza zolağının yenidən qurulmasına başlamaq niyyətindədir.

Razılaşmanın dərcindən sonra İsrail Qəzza zolağının cənubundakı Rəfaha kütləvi zərbələr endirib. İsrail ordusu Misirlə sərhəddə yerləşən Rəfah keçid məntəqəsinə də nəzarətin qurulduğunu açıqlayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

Ən çox oxunanalar