Çərşənbə, 29 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qiymət tavanına baxmayaraq Rusiya neft gəlirlərini ikiqat artırıb

2024-cü ilin aprelində Rusiyanın neft gəlirləri 2023-cü ilin aprel ayı ilə müqayisədə iki dəfədən çox artıb...

Poliqon xəbər verir ki. bu barədə Bloomberg Agentliyinin məlumatında bildirilir. Agentlik vurğulayır ki, bu artım beynəlxalq sanksiyalar və Rusiya neftinə qiymət tavanı qoyulmasına baxmayaraq baş verib.

Bloomberg qeyd edir ki, Rusiya büdcəsinin neftlə bağlı vergilərdən əldə etdiyi gəlirlər aprel ayında 1,053 trilyon rubla (11,5 milyard dollar) yüksəlib. 2023-cü ilin aprelində isə bu statistika təxminən 497 milyard rubl olub.

Nəşrin məlumatına görə, aprel ayında Rusiya Federasiyasının neft və qazdan əldə etdiyi ümumi gəlirlər illik müqayisədə təxminən 90 faiz artaraq 1,23 trilyon rubla çatıb.

Bloomberg qeyd edir ki, gəlirlər rublun zəifləməsi və “Urals” neftinin bahalaşması səbəbindən artır. Qərb sığortaçıları isə Agentliyə bildiriblər ki, Rusiya neftinə qoyulan qiymət məhdudiyyətlərini tətbiq etmək çətindir.

Xatırladaq ki, 2022-ci ilin sonunda Avropa İttifaqı, ABŞ, digər G7 ölkələri və Avstraliya Rusiya neftinin bir barelinin dəniz tədarükü üçün qiymət tavanı barədə razılığa gəldilər;

Qiymət tavanı Rusiya neftinin Qərb tankerlərində və Qərb sığortası ilə daşınmasına yalnız qiymət 60 dollar həddindən aşağı olduqda icazə verir.

Lakin sanksiyalar “kölgə donanmanın” yaranmasına gətirib çıxarıb və sanksiyaya məruz qalan mallar köhnə tankerlərdə daşınır.

2023-cü ilin payızından başlayaraq ABŞ Rusiya neftini maksimum həddən yüksək qiymətə daşıyan tankerlərin sahiblərinə qarşı sanksiyalar tətbiq edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu prospektdəki məşhur dairə ləğv edildi - Video

Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?..

Rusiya hər tərəfdən mühasirəyə alınıb - Medvedev

Ağdamda mina partlayışı olub, ANAMA əməkdaşının ayağı amputasiya edilib - Yenilənib

Prezident və birinci xanım Xocalıda 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar - Yenilənib

Erməni katolikosu "Sardarapat" memorial kompleksinə buraxılmadı

Avropa İttifaqı Gürcüstanla bağlı bəyanat yayıb

İspaniyanın ardınca daha iki dövlət Fələstini rəsmən tanıdı

Putin: Ukrayna ilə bağlı danışıqları İstanbulda qoyulmuş əsasda davam etdirməyə hazırıq

Ən çox oxunanalar