Vladimir Putinin hərəkətləri Beynəlxalq məhkəməninn qərarı ilə pislənir və Ukraynadakı müharibəyə görə məsuliyyət daşıyır, ona görə də onun inaqurasiyasında Avropa İttifaqına üzv ölkələrin nümayəndələrinin istənilən formatda iştirakı qurumun mövqeyi ilə ziddiyyət təşkil edə bilər...
Poliqon xəbər verir ki, bunu çərşənbə axşamı Brüsseldə Aİ Xarici İşlər Nazirləri Şurasının iclası başlamazdan əvvəl qurumun ali nümayəndəsi Cozep Borrel bildirib.
"Putini Beynəlxalq Cinayət Məhkəməsi ittiham edir. Üzv ölkələrlə müzakirə apardıq - qoşulmalıyıq, qoşulmamalıyıq və ya hansı səviyyədə - səfirlər, müvəqqəti işlər vəkili və s. Amma mənim üçün mövqe çox aydın idi. Bunu başa düşmək Ukrayna və dünyanın bir çox insanı üçün çox çətin olacaq. Biz Putini Beynəlxalq Cinayət Məhkəməsinin Ukraynadakı müharibəyə görə məsuliyyət daşıdığına görə məhkum etdiyi şəxs hesab edirik. Nə azad, nə də ədalətli olmayan bu seçkiyə etiraz etdik. İndi inauqurasiyaya qatılmalıyıq? Bu açıq-aşkar ziddiyyət ola bilər", deyə Borrell bildirib.
O, qəti inamını ifadə edib ki, üzv dövlətlər üçün düzgün mövqe Putinin inaqurasiya mərasimində heç bir formatda iştirak etməmək olacaq. Aİ-nin ali nümayəndəsi bütün üzv dövlətlərə müraciətində öz baxışını ifadə edib:
"Ona görə də üzv ölkələrə məsləhətim o idi ki, Moskavaya getməyin. Ümid edirəm ki, onların çoxu, əksəriyyəti bu məsləhətə qulaq asacaq. Amma üzv dövlətlər ora gedib-getməmək barədə qərar verməkdə tamamilə suverendirlər. Ümid edirəm ki, çoxusu getməyəcək. Bu, düzgün qərar olardı".
Poliqon.info