Çərşənbə, 29 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Quterreş: Qəzzada atəşkəs əldə olunmasa, faciə baş verəcək 

Qəzzada həftələrdir davam edən intensiv diplomatik fəaliyyətlər nəticəsində atəşkəs əldə olunmasa, faciə baş verəcək...

"Report"un ABŞ bürosu xəbər verir ki, bunu BMT Baş katibi Antoniu Quterreş təşkilatın Nyu-Yorkdakı binasında jurnalistlərə açıqlamasında deyib.

Baş katib Yaxın Şərqdə davam edən müharibənin pik həddə çatmasından dərin narahalığını bildirib:

"İsrail Müdafiə Qüvvələrinin Rəfahda yenidən hərbi fəaliyyət göstərməsi məni narahat edir. Rəfah Qəzzada humanitar əməliyyatların mərkəzidir. Həm Rəfah, həm də Şalom keçidlərinin bağlanması onsuz da ağır olan humanitar vəziyyəti daha da çətinləşdirir".

A.Quttereş tərəfləri danışıqlara çağırıb: "Beynəlxalq humanitar hüquqa hər iki tərəf hörmət etməlidir, mülki şəxslər müdafiə olunmalıdır. Qan tökülməsi dayandırlmalı, girovlar azad olunmalıdır. Qəzza xalqının, girovların və onların ailələrinin dözülməz iztirablarını dayandırmaq üçün İsrail hökuməti ilə HƏMAS rəhbərliyi arasında razılaşma vacibdir. Bir daha hər iki tərəfə müraciət edirəm ki, siyasi cəsarət göstərsinlər və razılaşmanın əldə olunması üçün səylərini əsirgəməsinlər".

Poliqon.info


Etiket: Qutarreş Qəzza


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?..

Bu prospektdəki məşhur dairə ləğv edildi - Video

Rusiya hər tərəfdən mühasirəyə alınıb - Medvedev

Avropa İttifaqı Gürcüstanla bağlı bəyanat yayıb

Ağdamda mina partlayışı olub, ANAMA əməkdaşının ayağı amputasiya edilib - Yenilənib

Prezident və birinci xanım Xocalıda 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar - Yenilənib

Erməni katolikosu "Sardarapat" memorial kompleksinə buraxılmadı

İspaniyanın ardınca daha iki dövlət Fələstini rəsmən tanıdı

Putin: Ukrayna ilə bağlı danışıqları İstanbulda qoyulmuş əsasda davam etdirməyə hazırıq

Ən çox oxunanalar