Cümə axşamı, 30 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlin əvvəlindən bloklanan Rusiya aktivlərindən 1,6 milyard avro gəlir əldə edilib

Birinci rübdə Avropa depozit qurumu “Euroclear” dondurulmuş Rusiya hesablarında saxlanılan 200 milyard avrodan 1,6 milyard avro faiz qazanıb...

Poliqon xəbər verir ki, bu barədə depozitarın baş direktoru Valeri Urben “L'Echo” qəzetinə müsahibəsində bildirib.

Baş direktorun sözlərinə görə, Rusiya aktivlərini idarə etmək çətindir və bununla bağlı 100-dən çox depozitar işçi çalışır. Urben qeyd edib ki, təşkilat həmçinin “Euroclear”ın maliyyə infrastrukturu rolunun bir hissəsinə çevrilmiş yeni sanksiyalara və əks-sanksiyalara daim cavab vermək məcburiyyətindədir.

Rusiya məhkəmələrində 100-dən çox işimiz var. Bu prosedurlar yerli investorlar və pullarını tələb edən Rusiya institusional investorları tərəfindən başlanıb. Bir sıra hüquq firmaları özümüzü müdafiə etməyimizə kömək edir. Bu işlərdə qalib gələcəyimiz ehtimalı olduqca aşağıdır. Amma biz mübarizəmizi davam etdiririk”, deyə xanım Urben əlavə edib.

Qeyd edək ki, dünən, mayın 7-də Almaniya kansleri Olaf Şolts bəyan edib ki, Avropa İttifaqı ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi ilə bağlı konsensus əldə ediblər. Kanslerin sözlərinə görə, Aİ üzvləri bütün mənfəətin 90%-ni Ukraynanın hərbi ehtiyaclarına göndərməyə razıdırlar. “Euroclear” rəhbərliyi həmin gün Almaniya kanslerinin açıqlamasına aydınlıq gətirərək bildirib ki, qurum Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi ilə bağlı bir neçə həftədən sonra qərar qəbul edəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Köç karvanı Xocalıya çatıb, mənzillərin açarları sakinlərə təqdim edilib - Yenilənib

Sabiq nazirin oğlu sədr müavini təyin olunub    

Qaçırılaraq təcavüz edilmiş qızın ailəsi 3 milyon yarım tələb etdi - Ağır cəza verildi

Çiyələklə bağlı əhaliyə xəbərdarlıq edildi

Laçında 36 milyonluq layihənin icrasına başlanılır

Azərbaycan Ordusunun geyim forması dəyişdi    

Ukrayna ordusu Krasnodara Qərb silahları ilə zərbələr endirib

2036-cı il Yay Olimpiya Oyunlarının məkanı bəlli oldu

Müdafiə Nazirliyinin generalı istefaya göndərilib - Yenilənib

Bloqer Fatimə Mövlamlı və Nicat İsmayıl sərbəst buraxılıblar

Məşhur restoran sahibi qumara görə cərimələndi - Adını dəyişib “Qarabağ” qoydu

Ən çox oxunanalar