Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cevdet Yılmaz: "Azərbaycan və Türkiyə sərbəst ticarətin təmin olunmasını müzakirə edir"

Azərbaycan və Türkiyə arasında sərbəst ticarətin təmin edilməsi üçün işlər görülür...

"Report" xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ankarada keçirilən Türkiyə-Azərbaycan biznes forumunda deyib.

O qeyd edib ki, iki ölkə arasında güzəştli ticarətlə bərabər sərbəst ticarətin təmin edilməsi məqsədilə müzakirələr aparılıb: "Bu gün bu məsələ barəsində müzakirələrin aparılması üçün danışıqlar apardıq".

C.Yılmaz bildirib ki, hazırda Türkiyədə 3 minə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir.

Türkiyə rəsmisi əlavə edib ki, Azərbaycanın işğaldan azad edilən əraziləri də daxil olmaqla bu günə qədər 19,3 milyard ABŞ dolları dəyərində 526 layihəni Türkiyənin podratçı şirkətləri öz üzərinə götürüb:

"Hansı ölkədə olmasından asılı olmayaraq podratçı şirkətlərimizin bu işlərin öhdəsindən gələcəyinə inanırıq. İşğaldan azad edilən ərazilərin yenidən qurulmasında türk özəl sektorunun kənd təsərrüfatından turizmə qədər önəmli rol oynayacağına inanırıq".

Xatırladaq ki, Azərbaycanla Türkiyə Hökuməti arasında imzalanan Preferensial Ticarət Sazişinə əsasən iki ölkə ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektləri 2021-ci ilin mart ayının 1-dən illik tarif kvotası çərçivəsində müəyyən olunmuş mallar üzrə güzəştlərdən yararlanmaq imkanı qazanıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Əməkdar artist vəfat edən xanımından danışdı

Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir

Ən çox oxunanalar