Şənbə, 01 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Bir müddət əvvəl avtomobil qəzası keçirmiş Xəzər TV-nin aparıcısı Aytən Səfərovanın səhhətində irəliləyiş var. Aparıcı artıq xəstəxanadan evə buraxılıb...

Poliqon bu barədə Yenisabah.az-a Aytən Səfərovanı tez-tez ziyarət edən keçmiş iş yoldaşı və rəfiqəsi məlumat verib.

Onun sözlərinə görə artıq teleaparıcının vəziyyəti yaxşıdır.

Səhhətinin yaxşılaşmağına baxmayaraq, Səfərova Xəzər telekanalındakı işinə geri dönməyib. Bunu ona telekanal rəhbərliyinin məsləhət gördüyü bildirilir.

Mənbə deyib ki, istintaq davam etdiyi üçün hələlik aparıcının işə geri dönməsi məqbul sayılmır.

Aparıcı isə baş vermiş qəzada özünün hər hansı məsuliyyətinin olmadığının istintaq nəticəsində aydınlaşacağına əmindir.

Xatırladaq ki, aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə Aytən Piriyevanın idarə etdiyi avtomobil toqquşub.

Nəticədə İsmayıl Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı meşə fondunun torpaqlarını satırmış - Əmlaklarının siyahısı

Cənab İlham Əliyevə cinayət barədə – Açıq müraciət

Politoloq: Trampın məhkum olaraq qalib gəlməsi ABŞ-da böyük bir konstitutsiya böhranı yaradacaq....

Növbəti köç karvanı Laçına çatıb, evlərin açarları təqdim olunub - Yenilənib

Milli Məclisin növbədənkənar sessiyası çağırılıb

Qusarın İcra başçısı vəzifəsindən azad edilib

Bakıda tanınmış şəxsin villasından ilginc oğurluq: Sonra da viski içib, domino oynadılar...

Milli Məclis 2023-cü il büdcəsinin icrasını I oxunuşda qəbul edib - Yenilənib

Kürdəmir Suvarma İdarəsindən 8 ayda yarım milyonluq üç tender “udan” iki şirkətin bir nəfər sahibi kimdir

1 milyondan çox vergi borcu olan şirkət 15 gündə 4 tender müqaviləsi imzalayıb - Foto

Ən çox oxunanalar