Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 695 milyon ABŞ dolları dəyərində mal idxal edib...

“Report” bu barədə Türkiyənin Ticarət Nazirliyinə istinadən xəbər verir.

Bu, 2023-cü ilin eyni dövrünə nisbətən 5,3 % azdır. Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının 1 %-ni təşkil edib.

Hesabat dövründə Türkiyənin ümumi ixracının dəyəri illik müqayisədə 1,2 % artaraq 71 milyard 790 milyon ABŞ dollarına çatıb. Türkiyədən ən çox idxalı Almaniya (5,930 milyard ABŞ dolları; 5,5 % az), ABŞ (4,166 milyard ABŞ dolları; 8,1 % çox), İtaliya (3,902 milyard ABŞ dolları; 5 % çox) və İngiltərə (3,828 milyard ABŞ dolları; 5,5 % çox) həyata keçirib.

Təkcə aprel ayında isə Türkiyədən Azərbaycana 181,5 milyon ABŞ dollarlıq mal ixrac edilib ki, bu da 1 il əvvələ nisbətən 10,9 % çoxdur. Türkiyənin Azərbaycana aylıq ixracı onun ümumi ixracının 1,1 %-i qədər olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Əməkdar artist vəfat edən xanımından danışdı

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Ən çox oxunanalar