Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ: Gürcüstan hökuməti kursunu dəyişməlidir...

ABŞ Gürcüstanda "xarici agentlər haqqında" qanun layihəsinə etiraz aksiyalarının iştirakçılarına qarşı güc tətbiqi hallarının araşdırılmasını zəruri hesab edir...

Poliqon xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə bildirib.

"Biz qanun layihəsinə etiraz edənlərə qarşı görülən tədbirlərdən və onun təsdiqi istiqamətində görülən işlərdən dərin narahatıq. Biz vətəndaş cəmiyyəti nümayəndələrinə, müxalifət fəallarına və jurnalistlərə qarşı təzyiq və fiziki güc tətbiq edilməsi hallarının artması ilə bağlı xəbərlərdən xəbərdarıq. Bunu pisləyirik və dərhal, hərtərəfli araşdırmaya çağırırıq", deyə ABŞ rəsmisi bildirib.

Millerin sözlərinə görə, ABŞ Gürcüstanla qarşılıqlı fəaliyyəti davam etdirməyə hazırdır:

"Lakin Gürcüstan hökuməti bunun üçün kursunu dəyişməlidir".

Aprelin 15-dən Tiflisdə müxalifət və vətəndaş fəalları "xarici agentlər haqqında" qanunun qəbuluna qarşı mitinqlər keçirir. Bir neçə dəfə etirazlar təhlükəsizlik qüvvələri ilə toqquşmaya çevrilib, xüsusi təyinatlılar Gürcüstan parlamenti yaxınlığında etirazçıları dağıtmaq üçün bibər qazı və su şırnaqlarından istifadə edib. Mitinqlərdən birində onun iştirakçıları parlamentin darvazalarının dayaqlarını silkələməyə çalışarkən xüsusi təyinatlılar rezin güllələrdən atəş açıblar. Lakin Daxili İşlər Nazirliyi bu məlumatı təkzib edib.

Mayın 1-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini ikinci oxunuşda dəstəkləyib. Prezident Salome Zurabişvili, müxalifət və Qərb diplomatları onun əleyhinə çıxış edərək, onu respublikanın Avropa İttifaqına inteqrasiyasına maneə hesab edir. ABŞ Dövlət Departamenti qanun layihəsinin ölkənin canlı vətəndaş cəmiyyətini sarsıtmaq məqsədi daşıdığını bildirib. Hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının liderləri iddia edirlər ki, qanun yalnız qeyri-hökumət sektorunun və medianın xaricdən maliyyələşdirilməsinin şəffaflığına xidmət edir.

Aprelin əvvəlində Gürcüstanın hakim partiyası qanun layihəsini yenidən parlamentə təqdim etmək qərarını elan edib. Bu, oxşar təşəbbüsün kütləvi etirazlara səbəb olmasından və hakimiyyəti qanun layihəsindən imtina etməyə məcbur edəndən bir il sonra baş verir. Onun mətni "xarici təsir agenti" termini istisna olmaqla, ötən il olduğu kimi qalır. Əvəzində "xarici gücün maraqlarını təşviq edən təşkilat" anlayışından istifadə edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

“iPhone 16”-nın istehsala başlama tarixi açıqlandı

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib

XİN: Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır

Maqnit qasırğaları zamanı edilən səhvlər sadalandı

Ən çox oxunanalar