Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qabil Hüseynli: Paşinyan Moskvadan normal nəticələrlə geri qayıtdı...

Putinin Paşinyanla təkbətək görüşü barədə Rusiya tərəfindən məlumat verilmir...

Politoloq: “Mənim zənnimcə Paşinyan bu görüşü çox diplomatik üslubda apardı”.

“Düşünürəm ki, Ermənistan da Qərbin ona tam dayaq olacağına əmin deyil. Buna görə də Rusiya ilə bağlı prosesi yavaş templə aparmağa çalışır”.

Bu sözləri politoloq Qabil Hüseynli Paşinyanın Moskva səfərini Poliqon-a şərh edərkən qeyd edib.

Mayın 8-də Moskvada Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş olub. Kremldə baş tutan görüşünün mediaya açıq hissəsində əsasən “iqtisadi mövzular” gündəmə gətirilib. Lakin demək olar ki, Putinin Paşinyanla təkbətək görüşü barədə Rusiya tərəfindən heç bir məlumat verilmir. Peskov sadəcə Ermənistan tərəfinin məlumatlarını təsdiqləyib ki bu da Rusiya ordusunun sərhəddən çıxarılması ilə bağlıdır.

Ümumiyyətlə, təkbətək Putin-Paşinyan görüşünü necə dəyərləndirərmək olar və bu görüşdə Ermənistanın geosiyasi seçimini dəyişməsi faktoru müzakirə olunubmu? Bundan sonrakı Rusiya-Ermənistan münasibətlərini necə proqnozlaşdırmaq olar?

Rusiya-Ermənistan münasibətlərinin gələcək inkişafını Poliqon-un əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Nikol Paşinyan hiyləgər diplomatik siyasət yürüdür. O Putinin könlünü alan hərəkətlər edir”.

Rusiyaya lazım olan avadanlıqların alınmasında Ermənistanın kifayət qədər fəallıq nümayiş etdirdiyini xatırladan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, buna görə də nə vaxta qədər Rusiya-Ukrayna müharibəsi davam edəcək Rusiya-Ermənistan münasibətləri də normal olacaq:

“Mənim zənnimcə Paşinyan bu görüşü çox diplomatik üslubda apardı. Üstəlik də Paşinyan ordusunun çıxarılması haqqında təkid etmədi. Hətta 102-ci briqadanın Gümrüdən çıxarılmasını Putin təklif edib, amma Paşinyan etiraz edib. Sadəcə olaraq Paşinyan Ermənistan-Azərbaycan sərhədi boyunca olan rus silahlı qüvvələrinin çıxarılıb başqa yerdə yerləşdirilməsini təklif edib və bu təklif də qəbul edilib. Çünki sərhədlərinin demarkasiyası və delmitasiyası gedir, müəyyənləşmə işləri aparılır.

Putin əlatdan 5-ci kolona Ermənistanda mitinq təşkil etmələrinə göstəriş verir. Amma digər tərəfdən də Ermənistan üzərindən xaricdən Rusiyaya lazım olan avadanlıqlar alınır. Buna görə də Putin Ermənistanla münasibətləri birdən-birə gərginləşdirmək istəmir.

Qabil Hüseynli: “102-ci briqadanın Gümrüdən çıxarılmasını Putin təklif edib, amma Paşinyan etiraz edib”.

Düşünürəm ki, Ermənistan da Qərbin ona tam dayaq olacağına əmin deyil. Buna görə də Rusiya ilə bağlı prosesi yavaş templə aparmağa çalışır. Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirak etmir, amma Putin ona heç nə demir, Paşinyan Putinin inaqurasiya mərasimindən iştirak etmədi, yenə də bu Putində qəzəb yaratmadı.

Zənnimcə Paşinyan Moskvaya normal bir səfər etdi və oradan da normal nəticələrlə geri qayıtdı. Nikol Paşinyan hiyləgər diplomatik münasibət yürüdür. O Putinin könlünü alan hərəkətlər edir. Eyni zamanda bir daha təkrar edim ki, Rusiyaya lazım olan avadanlıqların alınmasında Ermənistan kifayət qədər fəallıq nümayiş etdirir. Buna görə də nə vaxta qədər Rusiya-Ukrayna müharibəsi davam edəcək Rusiya-Ermənistan münasibətləri də normal olacaq”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Ən çox oxunanalar