Bazar ertəsi, 03 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mariya Stadnik Olimpiya lisenziyasının bir addımlığında

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kiloqram) Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində yarımfinala yüksəlib...

 

 

AZƏRTAC xəbər verir ki, mübarizəyə 1/8 finaldan başlayan titullu idmançı Menq Hsiehə (Çin Taypeyi), ardınca isə Violetta Çirikə (AIN) tam üstünlüklə qalib gəlib.

Yarımfinalda Cənubi Koreya təmsilçisi Son Hyanq Kimlə qarşılaşacaq M.Stadnik rəqibini məğlub edəcəyi təqdirdə, “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.

Bu gün xalça üzərinə çıxan digər qadın güləşçilər - Gültəkin Şirinova (53 kiloqram), Alyona Kolesnik (57 kiloqram), Ruzanna Məmmədova (62 kiloqram) və Elis Manolova (68 kiloqram) isə Olimpiadaya vəsiqə əldə edə bilməyiblər.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycanın yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kiloqram), Rafiq Hüseynov (87 kiloqram) və Sabah Şəriəti (130 kiloqram) “Paris-2024”də lisenziyanı təmin ediblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səudiyyə Ərəbistanı “Sülh sammiti”ndə iştirak etməyəcək

MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı iki vəzifəli şəxs həbs edildi

Final: "Qarabağ" - "Zirə" matçı - Start heyətlər

İsrail vətəndaşlarının Maldivə girişi qadağan edilib

Qızıl Avropa Liqası: Azərbaycan millisi son oyunda məğlub olub

Türkiyədəki Neft Şirkətinə hücum və Netanyahunun oğlunun təxribatçı xəritəsi... - Nələr baş verir?     

Hikmət Hacıyev Türkiyə və Qazaxıstandan olan həmkarları ilə regional məsələləri müzakirə edib

Müstəqil olmaq istəyən respublikanın lideri dəstək üçün Rusiyaya səfər edəcək

Ən çox oxunanalar