Bazar ertəsi, 03 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Premyer Liqası: XXXIV turun görüşlərinə start verilib

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV turun görüşlərinə start verilib...

"Report" xəbər verir ki, ilk oyun günü "Neftçi" və "Kəpəz" kollektivləri üz-üzə gəlib.

"Neftçi Arena"da baş tutan matçda meydan sahibləri 5:1 hesabı ilə qələbə qazanıb. Qarşılaşmada hesabı 36-cı dəqiqədə qonaqlardan Latir Fal açıb. Fasiləyə bir dəqiqə qalmış Andre Şinyaşiki, 45 + 2-ci dəqiqədə isə Brayan Morenonun qolları paytaxt təmsilçisini hesabda önə çıxarıb. 47 və 76-cı dəqiqələrdə daha iki dəfə fərqlənən Şinyaşiki het-trik edib. Görüşdə yekun hesabı isə 86-cı dəqiqədə "sarı-göylər"in qapısına yol tapan Ağadadaş Salyanskiy təyin edib.

Bu nəticənin ardından Miodraq Bojoviçin komandası xallarının sayını 53-ə çatdırıb. Gəncə klubu isə 35 xalda qalıb.

Qeyd edək ki, turun digər oyunları mayın 11-i və 12-də baş tutacaq.

Poliqon.info


Etiket: Neftçi Kəpəz


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda sükan arxasındakı qızın bu hərəkəti müzakirə yaratdı - Video

Səudiyyə Ərəbistanı “Sülh sammiti”ndə iştirak etməyəcək

Azərbaycan gimnastları Monteneqroda yeddi qızıl medal qazanıblar - Fotolar

COP29 Sədrliyinin Könüllülər Mərkəzinin açılışı olub

MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı iki vəzifəli şəxs həbs edildi

Azərbaycan “OPEC +”un 2025-ci ilə olan hasilat razılaşmasına qoşulub

Final: "Qarabağ" - "Zirə" matçı - Start heyətlər

Ən çox oxunanalar