Çərşənbə, 30 Noyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şeyx Əbdül mobil danışıqları bahalaşdırmağı təklif etdi: “Bir dəqiqənin qiyməti 10 manat olsun”

Misirdə qəribə qərar verilib. Bundan sonra misirli qadınlar ərlərinin telefonunu izləyə və yaxud qarışdıra bilməyəcəklər. Bu qaydaları pozan qadınlar hüquqi məsuliyyət daşıyacaqlar. Orijinal və maraqlı qərardır. Çünki ailə institutunda ən çox narazılıq yaradan məsələlərdən biri də telefon yazışmalarıdır. İstər qadın, istərsə də kişi çox istəyir ki, yoldaşının kiminlə nə yazışdığını öyrənsin. Bəzi hallarda bu marağı boğa bilməyən icazəsiz olaraq həyat yoldaşının telefonunu qarşıdırır. Bu isə bütün hallarda ciddi narazılığa, bəzən isə böyük qalmaqala səbəb olur. Ona görə də Misirdə qəbul edilmiş bu qərar böyük maraqla qarşılanıb.

Bəs bizim cəmiyyətdə bu məsələyə necə baxılır?

Bizim.Media ilə fikirlərini bölüşən Xalq artisti Əbdül Mahmudov Misir dövlətinin bu qərarını alqışladığını bildirdi:

“Mobil telefonlar ailələrin dağılmasının, gənclərin yüngül həyat yolu seçməsinin bir nömrəli səbəbkarıdır. Bizim təfəkkürümüz müasir texnoloji inkişafla ayaqlaşmır. Bizim təfəkkürümüz çox geri qalıb. Acınacaqlı vəziyyətdəyik.

Ana iki uşağını və ailəsini atıb telefonla tanış olduğu bir adamın yanına qaçırsa, gənc qız firavan həyat eşqi ilə tanımadığı bir oğlanla yola çıxırsa, oğul xəstə ata-anasını atıb yaxından tanımadığı qızın yanına gedirsə, bunun tək səbəbi mobil telefondur. Ona görə də Misir dövləti düz eləyib”.

Xalq artisti mobil rabitə ilə bağlı maraqlı təklif də verib:

“Yaxşı olar ki, mobil telefonun danışıq qiymətini qaldırsınlar. Məsələn, bir dəqiqənin qiyməti qoy olsun 10 manat. Onda insanlar bir az bu telefon asılılığından qurtularlar. Hara baxırsan, hamı telefonla məşğuldur.

Evdə arvad da, kişi də, uşaq da 24 saat telefonla məşğuldurlar. İnsanlar son qəpiyi tərəddüd etmədən mobil danışığa sərf edir. Bu bizi ağlagəlməz faciələrə aparır. Ona görə yenə deyirəm: Danışıq dəqiqəsini 10-20 manata qaldırmaq lazımdır ki, insanlar telefonla ancaq “salam”, “sağ ol” deyə bilsinlər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vasif Talıbovun qardaşının saxlanılması barədə məlumatlar əsassızdır - Yenilənib

Prezidentin bibisi oğlu barda prokurorun başına butulka ilə vurdu, konsern rəhbərliyindən qovuldu…

Bakıda evə basqın edilib: ailə üzvləri bıçaqlanıb, 2 nəfər öldürülüb - Yenilənib

"Ehtiyatlı, diqqətli olun!" - iranlı deputat Bakını hədələdi

Qaraciyəri möhkəmləndirən ən güclü vasitə - balqabaq şirəsi və bal

Qətlə yetirilən idmançının atası: “Oğlumun başı deşik-deşik idi” - Foto, Video

Rusiyada Putinin xələfi ilə bağlı mübahisələr - Kudrin prezidentliyə doğru gedir?..

Vasif Talıbovun qardaşından açıqlama: “Bunu məqsədli şəkildə yazırlar” - Foto

Hulusi Akar israilli həmkarı ilə kritik məsələləri müzakirə edib

Ən çox oxunanalar