Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Soçidə rus canfəşanlığı və dəyişməyən mövqelər…

Azərbaycan prezidentinin gülə-gülə gedərək, gülə-gülə də qayıtdığı Soçi görüşü arxada qaldı və bəlkə də Soçi səfəri İlham Əliyev üçün sadəcə, vaxt itkisi oldu…

Azər QARAMANLI
“Poliqon” İnformasiya Agentliyinin baş redaktoru

Amma bunu Paşinyan üçün demək mümkün deyil. Çünki Paşinyanın üzü gülmürdü və Putinlə ikili görüşlərində də üzündən oxuduğu “şparqalkasından” Rusiya prezidentinə ancaq şikayət edirdi və hiss olunurdu ki, Ermənistanın baş naziri Putinin “Valday” çıxışından sonra bir qədər ürəklənib və ayaqlarını yerə basmaq istəyir. Paşinyanın tələbləri də bir qədər artmışdı və indi o tələblərini yalvarışla etmirdi.

Əslinə baxılrsa, Soçi görüşü Putinin və Rusiyanın eqosunu təmin etmək üçün təşkil olunmuşdu. Amma bu görüş nəticəsində də Putin və Rusiyanın eqosunun təmin olunduğunu da deyə bilmərik. Amma fakt odur ki, dünənki görüş Rusiya diplomatiyasının fiaskosuna çevrildi və Paşinyan da artıq öz tələblərini Rusiyanın maraqları çərçivəsində gördüyü üçün bu, həm də Ermənistan diplomatiyasının fiaskosu idi. Çünki görüşdə Ermənistanı ruhlandıracaq və Azərbaycana doğru demarşları təmin edəcək heç bir şey baş vermədi. Rusiyanın maraqlarını təmin edəcək qərarlar qəbul olunmadığından, demək olar ki, mövqe dəyişikliklikləri baş verməyən bu döyüşdən Azərbaycan itkisiz və hətta qalib çıxdı.

Ermənistanın bir daha Rusiyaya olan ümidləri qırıldı. Putinin “Valday” çıxışı ermənilərə hər nə qədər ruh yüksəkliyi vermişdisə, dünən bu ümidlər bir daha öldürüldü. İlham Əliyev hələ Putinlə ikili görüşündə “Qarabağ məsələsi artıq tarixdir”, deyərək ermənilərin bütün ümidlərini öldürdü. Mətbuat konfrasında isə Putin dolayısı ilə İlham Əliyevin sözlərini təsdiq etmiş oldu.

Və elə bu gündən başlayaraq, yəqin ki, Paşinyan cinsiyyətini dəyişən insanlar kimi, divar dibi ilə Qərbə doğru istiqamətlənəcək. Artıq Rusiya bir vasitəçi və təminatçı kimi Ermənistanı təmin etmir və İrəvan böyük ehtimalla okeanın o tayında özünə qarant axtaracaq. Amma bu qarantı tapsa belə, bu regionda nəyisə dəyişəcəkmi?

Ermənistan ABŞ-ı bütün vsitələrlə regiona gətirməyə çalışacaq ki, bu da Moskvada ayrıca qəzəb doğuracaq və Rusiya bəlkə də sonuncu dəfə Paşinyanı devirmək üçün cəhd edəcək. Bunun üçun Moskva iki aydır ki, Vardanyanı Qarabağa ezam edib və Qarabağda “ucuz mitinnqlər” təşkil edən Vardanyan əslində səbirsizliklə öz zamanını gözləməkdədir. Lakin Vardanyan doğrudanmı “həmin oğlandır”, yəni Paşinyanın hakimiyyətini devirmək gücünə sahibdirmi?

Moskva adına təəssüf hissi lə qeyd edək ki, Vardanyan heç də Rusiya üçün Ermənistanda vəziyyəti dəyişəcək “oğlan” deyil. Çünki iki ay əvvəl Qarabağa ezam olunan Vardanyan Köçəriyan və Sarkisyandan daha çox korrupsionerdir və onun erməni xalqı tərəfindən qəbul olunacağı heç də inandırıcı görünmür. Çünki 2018-ci ildən ötən zaman göstərir ki, Ermənistanda korrupsioner siyasətçilərin uğur qazanması mümkün deyil. Əgər uğur qazana bilsəydi, elə Köçəriyan qazanardı. Hətta Vardanyan hansısa kiçik uğur qazansa belə, o, Moskvanın “kukla”sından başqa heç nə ola bilməyəcək.

Yəni Rusiyanın seçimi yenidən düzgün deyil və Ermənistanda Paşinyan və komandasından kənarda təmiz imicə malik bir siyasətçini belə tapa bilməməsi artıq Moskvanın problemidir.

Ümumilikdə götürdükdə isə hazırda Ermənistanda Paşinyanı əvəz edəcək lider yoxdur və hər bir halda Paşinyan Rusiyaya qarşı öz hakimiyyətini qorumaq imkanlarına malikdir.

Bəs əvvələr də qeyd edildiyi kimi, ilin sonuna qədər Paşinyan sülh sazişinə imza atacaqmı? Açığı, heç də inandırıcı görünmür. Paşinyan bu ağır yükü tək öz çiyinlərinə alıb daşıya bilməz. Əslində bu yükü ancaq erməni xalqı daşıya bilər. Ona görə də Paşinyan bütün imkanları ilə sülh prosesini yubatmağa çalışacaq. O vaxta qədər yubadacaq ki, erməni xalqı Ermənistanın itkiləri qarşılığında ondan təcili olaraq sülh müqaviləsini imzalamasını istəyəcək. Hətta ona yalvaracaq…

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Soçidə rus canfəşanlığı və dəyişməyən mövqelər…

90-cı illərin “bespredel”inəmi qayıdırıq – “fədailərin” arxasında kim, ya da kimlər durur?

İnhisarçı Qərb qüvvələrinin yeni anti-Azərbaycan kartları: Yeni şər qapıları açılır...

Qərb sivilizasiyasının iflasının elanı və “Qərbsizlik” sindromu

Ətli-plovlu ehsanı anladıq, bəs nəzir-ehsanlar nə olacaq?..

Yeni pensiya qaydalarından kimlər qazanır? – Xalq, dövlət, yoxsa kimlərsə...

Gömrük Komitəsi həm xalqın, həm də hakimiyyətin probleminə çevrilir...

Putin üçün “Vətən Müharibəsi” və süqutun üçüncü mərhələsi

İranın iki fərqli sevgisi və iki od arasındakı Bakı - Azər Qaramanlının yazısı

Siyavuş Novruzovun məntiqinin arxa pəncərəsindən görünənlər – Replika

Bizi tükədən parazit psixologiyası - İslahatlar beyinlərə köçürülməlidir...

Ən çox oxunanalar