Kürdəmirdə 17 yaşlı qız intihara cəhd edib
Bu gün saat 15:30 radələrində rayonun Soltan Şıxaliyev küçəsində 1998-ci il təvəllüdlü A.M. dəmir yoluna məxsus 15-20 metr hündürlüyündəki işıq dirəyinə çıxaraq özünü oradan atmaq istəyib.
Hadisə yerinə gedən Fövqəladə Hallar Nazirliyinin və digər qurumların əməkdaşlarının A.M.-lə apardıqları söhbətdən sonra o, fikrindən yayındırılıb və dirəkdən düşürülərək ailəsinə təhvil verilib. İlkin məlumata görə, gənc qızın intihara cəhd etmək istəməsinə səbəb ailədaxili münaqişə olub (APA).
pia.az