Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AŞPA prezidentinin səfərindən gözlənənlər...


Sərdar Cəlaloğlu: “AŞPA prezidentinin səfərinin demokratik proseslərə müsbət təsirindən söhbət gedə bilməz, ancaq mənfi təsiri gözlənilir”


Zəfər Quliyev: “Qərb üçün geosiyasi və enerji maraqları insan haqlarında daha çox prioritet təşkil edir”

Aydın Mirzəzadə: “Bir neçə QHT rəhbərinin həbsi, ümumilikdə Azərbaycan haqqında mənfi rəy yaranmasına səbəb ola bilməz”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri, xanım Ann Brasör Azərbaycanda səfərdədir. Ötən gün başlayan səfər çərçivəsində xanım Brasör bir çox dövlət rəsmiləri, müxalifət liderləri və QHT nümayəndələri ilə görüşlər keçirib. 

Səfər çərçivəsində o, baş prokuror Zakir Qaralovla, ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla, təzyiqlərə məruz qalan QHT rəhbərləri ilə görüşlər keçirib. Görüşlərin ardıcıllığından da məlum olur ki, əsas müzakirə mövzusu QHT rəhbərlərinin və hüquq müdafiəçilərinin həbsi, bank hesablarına həbs qoyulması və müəyyən təzyiqlər göstərilməsidir.
 
Bəs görəsən, bu səfər sözügedən prosesdə həlledici rol oynayacaqmı? Müxalifət və hakim partiya rəsmiləri AŞPA prezidentinin səfərini necə qiymətləndirir? Demokratik təsisatlara qarşı son hücumları nəzərə alsaq, səfərin yekunu olaraq,  Azərbaycan hökumətinə qarşı hər hansı bəyanat və ya sanksiya tətbiqindən söhbət gedə bilərmi?
 
Musavat.com-un bu suallarını cavablandıran ictimaiyyət nümayəndələrinin əksəriyyəti AŞPA prezidentinin səfərindən heç bir gözləntilərinin olmadığını bildirdilər. 

“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev bu görüşlərin nəyisə dəyişəcəyinə inanmadığını bildirir: “Bu məsələlər görüşlərdən asılı deyil. Bunlar ənənəvi görüşlər və söhbətlərdir. AŞPA ilə hökumət arasında olan razılıqlar və sövdələşmələr isə başqa bir məsələdir. Məncə, müəyyən yumşalma olacaq. Məndə olan məlumata görə, noyabr ayında qrantların elektron qeydiyyatına başlanacaq. Bununla əlaqədar müəyyən yumşalmalar olacaq. Əsasən də gələn ilin yanvar ayında müəyyən amnistiyalar gözlənilir. Çünki həmin dövrdə hökumət ilin yekunlarına dair hesabat verəcək.
 
AŞPA prezidentinin səfəri isə növbətçi bir səfərdir. Bu cür səfərləri ötən 25 ildə  çox görmüşəm, heç nə dəyişməyib. Vətəndaş cəmiyyəti, informasiya azadlığı və sair proseslər  yalnız pisləşməyə doğru gedib. Ona görə də, mən bu görüşlərdən və səfərlərdən heç nə gözləmirəm. 

Baş prokurorla görüşlərdə yeni həbs olunan QHT rəhbərləri ilə bağlı yəqin ki, müzakirələr aparılıb. Onlara baş prokurorluqda bildiriləcək ki, QHT rəhbərləri kobud qanun pozuntularına yol veriblər və bu səbəbdən də həbs olunublar. Həbslərin qanuni əsaslarını AŞPA nümayəndələrinə təqdim edəcəklər ki, QHT rəhbərləri dövlət əmlakını talan ediblər, çevrilişə cəhd ediblər və sair”.

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə isə bu səfərin ölkəmizlə AŞPA arasındakı əlaqələrin möhkəmlənməsində mühüm rol oynayacağını qeyd edir: “Azərbaycan Avropa Şurasının üzvü kimi bu təşkilatın siyasətinin müəyyənləşməsində strateji  rol oynayır. Azərbaycan Avropa Şurasının fəaliyyətində fəal iştirak edir. Azərbaycanda hüquq sisteminin Avropa Şurasının tələblərinə uyğunlaşdırılması üçün xeyli işlər aparılıb. Təşkilatla Azərbaycan arasında çox sıx əlaqələr var. AŞPA Azərbaycana dəfələrlə səfərlər həyata keçirib və bu səfərin də təşkilatla ölkəmiz arasında əlaqələrin möhkəmlənməsinə, hər iki tərəf üçün maraqlı olan mövzuların müzakirəsinə, AŞPA prezidentinin birbaşa olaraq şəxsən Azərbaycanda gedən demokratik dəyişikliklərlə tanış olmasına şərait yaradacaq”. 

Bəzi QHT rəhbərlərinin həbsinə gəlincə, millət vəkili bildirdi ki, AŞPA prezidentinin Azərbaycanda keçirdiyi görüşlərə heç bir məhdudiyyət qoyulmaması özü göstərir ki, Azərbaycan demokratik ölkədir və AŞPA nümayəndələri istədiyi şəxslərlə görüşə bilərlər: “Azərbaycan müxalifətinin, müxalifyönlü insan hüquqlarını müdafiə təşkilatları rəhbərlərinin tənqidi çıxış etməsi də normal haldır. Yəni onlar müxalif mövqedədirlər, hakimiyyətin siyasəti ilə razılaşmırlar və ölkədə şərait yaradılıb ki, öz mövqelərində qalsınlar. Bir neçə nəfərin həbsi ilə bağlı Avropa Şurasına səfərə qədər də məlumat verilmişdi və AŞPA prezidentini maraqlandıracaq əlavə məlumatlar da veriləcək. Bu şəxslər siyasi fəaliyyətlərinə görə deyil, Azərbaycan əleyhinə casusluğa görə, fəaliyyətlərində qanunvericiliyi kobud şəkildə pozduqlarına görə, saxlanılıblar. Tədqiqatlar gedir, məhkəmə olacaq və proseslə bağlı bütün məlumatlar cəmiyyətə veriləcək. Azərbaycan demokratik və hüquqi ölkədir, vətəndaşların hüquqları təsdiq edilir, eyni zamanda vətəndaşların da qanun qarşısında, dövlət qarşısında öhdəliklərinin yerinə yetirilməsi hər kəsdən tələb olunur. Ancaq bir neçə nəfər QHT rəhbərinin həbsi, ümumilikdə Azərbaycan haqqında mənfi rəy yaranmasına səbəb ola bilməz”. 

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı da AŞPA nümayəndələrinin QHT-lərlə görüşündən çox kəskin bir addım gözləmir: “Təbii ki, öncə bəyanatlar veriləcək. Sivil yolla ölkəyə xatırlatmaq istəyəcəklər ki, insan hüquqlarına hörmətlə yanaşmaq lazımdır. İkincisi, verilən bəyanatların müzakirələri keçirilə bilər və daha kəskin tələblər qoyular. Üçüncüsü isə, sanksiya tətbiq edilə bilər. Mən düşünürəm ki, əgər proses daha da kəskinləşsə, vətəndaş cəmiyyətinə basqılar artsa, ölkədə insan haqlarına qarşı ədalətsizlik davam etsə, buna cavabdeh olan qurumlara yəqin ki, beynəlxalq qurumlar tərəfindən sanksiya tətbiq olunacaq”. 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun fikrincə, AŞPA-nın Azərbaycandakı siyasi hadisələrə təsir etmək imkanı yoxdur: “AŞPA bu imkanı əldən buraxıb. Çünki Azərbaycan AŞPA qarşısında götürdüyü heç bir öhdəliyi yerinə yetirmir və birmənalı şəkildə yerinə yetirməkdən də imtina edir. Bu səbəbdən də mən bu səfərdən heç nə gözləmirəm. Bundan əvvəl də AŞPA-nın yüksək rütbəli rəsmiləri Azərbaycana səfər ediblər və onların səfərindən sonra Azərbaycanda vəziyyət yaxşılaşmaq əvəzinə pisləşib. AŞPA prezidentinin səfərinin demokratik proseslərə müsbət təsirindən söhbət gedə bilməz, ancaq mənfi təsiri gözlənilir”. 

Politoloq Zəfər Quliyev əvvəlki illərin təcrübəsinə əsaslanaraq deyir ki, bu səfərlərə o qədər də güvənmək lazım deyil: “AŞPA prezidenti kimi aydın məsələdir ki, o, Azərbaycana gəlirsə, ilk növbədə ölkədə insan haqları ilə bağlı problemlərlə tanış olmalı və onlara reaksiya verməlidir. Vətəndaş cəmiyyətinin, mətbuatın, müxalifətin nümayəndələri ilə görüşməli, son həbslərə münasibət bildirməlidir. Bəyanat verməli və ya dövlət rəsmiləri ilə görüşlərdə bu məsələləri qaldırmalıdır. Bütün bunlar təşkilat rəhbərinin missiyasına daxildir. Bu baxımdam, səfəri tam faydasız da adlandırmaq olmaz. Xanım Ann Brasör çalışacaq ki, bütün tərəflərlə görüşsün və nəyəsə nail olsun. Lakin eyni zamanda bu cür səfərlər vəziyyəti keyfiyyətcə o qədər də dəyişmir. Azərbaycan hakimiyyəti bu beynəlxalq qurumların iş qaydasına artıq öyrəşib və təxminən bilir ki, nə zaman təhlükə ola bilər və nə zaman sıradan görüşlər keçirilir. Bu səfər də əvvəlkilərdən fərqli olmayacaq və konkret bir nəticə verməyəcək. Ola bilər ki, hansısa məsələlərdə münasibət bildiriləcək, ancaq bu, vəziyyəti dəyişəcək qədər təsirli olmayacaq. Vəziyyəti dəyişmək üçün aparıcı qərb ölkələrinin rəsmi dairələri tərəfindən Azərbaycan rəhbərliyinə ciddi təzyiqlər olmayacaq. Rəsmi Bakı da bunu anlayır və bilir ki, indiki vəziyyətdə geosiyasi və enerji maraqları prioritet təşkil edir. Yəni insan haqları ilə bağlı problemlər Qərb üçün elə də maraqlı deyil. Bu səbəbdən də bu səfərlərin heç bir təsiri olmayacaq”. (musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Ən çox oxunanalar