Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ac toyuq yuxusunda darı görən kimi...


32 milyard dollarlıq sərvətini xeyriyyə işlərinə xərcləməyə qərar verən ərəb şahzadəsi, ya Avropa Birliyinin bayrağını meydandan qovan erməni etirazçıları və yaxud da Avropa Birliyini tərk etməklə hədələyən Yunanıstan və onun yolunu təkrar edəcəyini bildirən gözəl Avstriya! Dünya bu xəbərlərdən hansına qucaq açsın?.


Bəlkə də yaxını elə Ermənistandır... Ona görə ki, varlı şahzadələrin şıltaq qərarları, Yunanstanın böhrandan çıxmaq üçün cabalaması elə də fövqəladə bir yeni xəbər deyil. Bir neçə il bundan əvvəl dünyanın ən varlı adamı Bill Qeyts də hamını oxşar qərarı ilə təəccübləndirmişdi... 

Yunanstan isə heç də birinci ay deyil ki, iqtisadi böhrandan çıxmaq üçün ən müxtəlif yollara əl atır- gah vətəndaşlarına kəmərləri sıxmağı tövsiyə edir, gah Avropa Birliyini şantaj edir, gah da ki, Avropa Birliyində qalmaq istəyini izhar edir...

Ona görə də diqqəti Ermənistan üzərində çəmləşdirmək daha məqsədəuyğundur, çünki buradan Azərbaycana daha yaxındır. Ən azı o səbəbə görə ki, bizim oliqarxların hələ ki öz milyardlarını xeyriyyə məqsədilə xərcləmək fikri yoxdur - bu azmış kimi, onlar özlərinin bu qədər sərvətlərinin olmasını belə etiraf etmirlər... 

Yunanıstana gəldikdə isə onun çəkdiyi bu iztirablar min şükür ki, bizim camaat üçün hələ anlaşılmazdır. Ona görə ki, bütün irəlicədən deyilən “proqnozlar”a rəğmən Azərbaycan iqtisadiyyatı elə bir böhran yaşamadı və inşallah, yaşamaz da...

Elə camaatımız da Ermənistan əhlindən fərqlidir. Mənim yadıma elektrik enerjisinin qiymətinin kəskin artırılması dövrü düşür. Bu, elə də uzaq keçmiş deyil, bir neçə il bundan əvvəl olub. O vaxt bizim camaatımız çıxış yolunu qiymət artımına etiraz etməkdə deyil, başqa səmtdə-daha çox pul qazanmaq yollarını axtarmaq səmtində aramağa başladı...

Etiraf edim ki, Ermənistan çox cılız görünür. Ona görə yox ki, bu kiçik ölkənin camaatı elektrik tariflərinin artırılımasına bu qədər həssasdır. Hətta ona görə də yox ki, onlar özlərini heç bir vəchlə siyasətə qatmamağı rica edirlər. Ona görə ki, bu ölkə sözün əsl mənasında böhranlı bir durumdadır...

Amma yenə də özlərinə qoyulmurlar. Ötən dəfələrdə yazmışdıq ki, erməni camaatından “bahar”-filan gözləməyin, ona görə ki, bu xalq hələ də problem küləyinin hansı səmtdən əsməyinin fərqində deyil...

Ruslar da elə ki, görürlər, ermənilər etiraz edir, o saat onların “ağzına nəsə atmağa” tələsirlər. Bu “nəsə” də əksər hallarda silah olur. Elə indi də xəbərlər yayılıb ki, guya Rusiya Ermənistana bir neçə milyon dollarlıq silah verməyi qərarlaşdırıb və yaxud da ki, artıq verib...
Ona görə də həmişə deyirik ki, bizim sərhəd bölgələrində dincliyin olmamasının əsas səbəbkarı Rusiyadır. Əgər Rusiya Ermənistana silah-sursat verməsəydi, onlar bunu özləri alsaydılar, onda hər bir gülləni sayardılar. Amma indi Rusiya verir, bunlar da atırlar...

Elə bu səbəbdən də indi də “atan kazaklardır!” deyimi aktualdır. Təbii ki, bu misalı çəkməklə ermənilərin suçunu azaltmaq istəmirəm. Amma bəzən tətiyi kimin çəkməsi deyil, tüfəngi kimin verməsi daha çox maraq kəsb edir...

Ermənilər etirazlarını siyasiləşdirmək istəmirlər. Bu da qəribədir, dünyanın ən siyasiləşmiş milləti özünün siyasətə qatılmasından ehtiyat edir... Adama bəzən hətta elə gəlir ki, sanki bu kriminal Qarabağ erməni siyasi klanı insanların dilini-ağzını bağlayıb - bunlar etiraz etməkdən çəkinirlər... Səbəbi də budur ki, Rusiya və o cümlədən də Qərb erməniləri indiki hakimiyyətin siyasətini - işğalı dəstəkləyir. Bunlar hətta fərqində də deyillər ki, Qarabağı müvəqqəti tutmaqla əslində bütün Ermənistanı itiriblər. Bəli, bunun fərqində deyillər...

Amma kim bilir? Yazıçı Qrant Matevosyanı erməni yazarları arasında ən maraqlısı hesab edirdik. Çünki onu oxuyanda adama bir anlığa elə gəlirdi ki,  erməni camaatı da başqa camaatlar kimidir - qorxağı var, cəsuru var, xüdpəsəndi var, səxavətlisi var... 

Amma həmin Q.Matevosyan cənabları da deyirdi ki, atam mənə SSRİ boyda dövlət miras qoymuşdu, mən isə oğluma dılğır Ermənistanı qoyub gedirəm...

Düşünürük ki, bu, həqiqətən də maraqlı məqamdır. Bəlkə də ermənilərin də əksəriyyəti belə hesab edir ki, Ermənistan dılğır bir məmləkətdir... Bu ölkənin əslində onların gözündə zərrə qədər də dəyəri yoxdur...

Yaxud da “böyük Ermənistan” haqqında xülyaları beyinlərinə o qədər doldurublar ki, indiki Ermənistan tamam-kamal gözlərindən düşüb. Güman ki, belədir. Bəlkə də indi Baqramyan meydanında açlıq çəkən orta statistik erməni etirazçısının da ac yuxusuna “böyük Ermənistan” girir. Necə ki, ac toyuq yuxusunda həmişə darı görür...(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Ən çox oxunanalar