Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aparıcı müxalifət partiyaları seçkidə iştirak etməyə bilər


Demokratik düşərgədə inamsızlıq bələdiyyə seçkilərinə hazırlığa zərbə vurur


İlin yeddinci ayını da bir neçə gün sonra başa vuracağıq və dekabrda keçiriləcək bələdiyyə seçkilərinə vaxt az qalıb. Lakin Azərbaycanda bələdiyyə seçkilərindən əsər-əlamət hiss olunmur, seçki mübarizəsinin heç mehi də əsmir. Deyəsən, heç kimin yadına düşmür ki, bu il Azərbaycanda da bələdiyyə seçkisi keçiriləcək. Nə cəmiyyətdə, nə siyasi partiyalarda seçki hazırlığı ab-havası yoxdur. Seçkilərə maraq o dərəcədə aşağıdır ki, ölkənin aparıcı müxalifət təşkilatlarının əksəriyyəti hələ bələdiyyə seçkiləri ilə bağlı qərar verməyib. 

AXCP rəhbərliyi bəyan edib ki, ölkədə normal seçki şəraiti yoxdur, bələdiyyələr icra hakimiyyətinin qapazaltısına çevrilib. Ona görə də bələdiyyə seçkilərində iştirak etmək seçki tamaşasına legitimlik qazandırmaqdan başqa bir şey deyil. 

Müsavat Partiyası isə bələdiyyə seçkilərində iştirak etmək barədə ilkin qərar versə də yekun qərarın qarşıdakı dönəmdə veriləcəyi bildirilir. 

Müsavat Partiyasının Divan üzvü İkram İsrafil bildirdi ki, partiyada ümumi rəy iştirak etmək tərəfdarı olacaqsa, Müsavat Partiyası seçkidə iştirak edəcək. Ancaq bələdiyyə seçkilərinə qədər demokratik seçki şəraiti və bələdiyyələrin statusunun artırılması istiqamətində hakimiyyətin həyata keçirməli olduğu mühüm işlər var. Məhz bu addımlar atılarsa, bələdiyyə seçkilərinə siyasi qüvvələrdə ciddi maraq yaranar və normal seçki prosesi keçər: “Təəssüf ki, az vaxt qalmasına baxmayaraq həmin vacib addımlar atılmayıb. Bərabər rəqabət şəraitinin olmaması insanları, o cümlədən partiyalarda təmsil olunan insanları ruhdan salır. İnsanlarda seçkiyə, eyni zamanda bələdiyyələrə inamsızlıq mövcuddur. Ona görə də bələdiyyə seçkilərinə az vaxt qalmasına baxmayaraq ölkədə hələlik seçki əhval-ruhiyyəsi hiss olunmur. 

Heç olmasa bələdiyyə seçkiləri demokratik keçirilsə, bələdiyyə üzvləri demokratik seçki ilə seçilsə cəmiyyətdə seçkilərə müəyyən qədər maraq yaranar". 

ADP sədri Sərdar Cəlaloğlu isə seçkidə partiya kimi iştirak barədə qərarlarının olmadığını bildirdi. S.Cəlaloğlu qeyd etdi ki, bələdiyyə seçkilərində iştirak etmək istəyən ADP üzvlərinə fərdi şəkildə namizədliklərini irəli sürməkdə azadlıq verilib. 
AMİP-dən də bildirildi ki, bələdiyyə seçkilərində iştirak və hazırlıqla bağlı qərar verməyiblər.

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) mərkəzi icra aparatının rəhbəri Samir Əsədli partiyanın Siyasi Şurasının 2014-cü ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərində iştirak etməklə bağlı qərar qəbul etdiyini bildirdi: “Artıq partiyanın bələdiyyə seçkilərində iştirakı ilə bağlı seçki qərargahı da formalaşdırılıb. Partiya sədrinin müavini Arif İsmayılbəyli seçki qərargahının sədri təyin edilib. Seçki qərargahının üzvləri də təyin olunub və qərargah artıq işə başlayıb. Hələlik hər bələdiyyəyə bir nəfər namizəd irəli sürməyi düşünürük. Lakin say bir qədər çox da ola bilər. Keçən dəfəki seçkilərdə ümumilikdə 800 nəfərdən artıq namizəd irəli sürmüşdük. Lakin çox təəssüf ki, seçki dairələrinin və icra hakimiyyəti orqanlarının yaratdığı əngəllər üzündən 150-dən bir qədər artıq namizədimiz qeydiyyata alındı, onlardan 115 nəfəri müxtəlif bələdiyyələrə seçildi. Ümid edirik ki, bu il keçən dəfə yaradılan problemlər yaradılmayacaq. 

Məqsədimiz bələdiyyə seçkisində partiya olaraq tək iştirak etməkdir. Çünki bələdiyyə seçkiləri elə spesifik seçkidir ki, blok şəklində iştirak etmək problemlər yaradır. Ümumiyyətlə isə seçki dövründə müxalifət partiyaları arasında əməkdaşlığın tərəfdarıyıq".
S.Əsədli Azərbaycanda bələdiyyə seçkilərinə cəmiyyətin, siyasi qüvvələrin ciddi maraq göstərmədiyinin də problem olduğunu dedi: “Bələdiyyələrə ciddi maraq olmaması seçki kampaniyasına mənfi təsir edir. Azərbaycanda təəssüf ki, bələdiyyələrin statusu, səlahiyyəti son dərəcə cüzidir. Bələdiyyələr faktiki olaraq icra hakimiyyətlərinin qapazaltı orqanına çevrilib. Bələdiyyənin elementar səlahiyyəti yoxdur ki, nəyisə həll eləsin. Belə olduğu üçün də vətəndaşda bələdiyyə seçkisində həm namizəd, həm də seçici kimi iştiraka maraq qalmır”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Ən çox oxunanalar