Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avrasiya Birliyinin yeni Ukraynası Azərbaycan olacaq?


Bakı üçün geri sayım başlayıb; Putin öz projesinin xilası üçün son savaşa girib; sürünən işğal siyasəti hələ bitməyib; Ukraynanın Rusiyadan aralanması minlərlə insanın, Krımın itkisi hesabına başa gəldi, bəs Azərbaycana neçəyə başa gələcək?..


Rusiya prezidenti Vladimir Putinin işləri yaxşı getmir. Kreml başçısı neçə aydır Ukraynaya görə Avrasiya Birliyi layihəsini dondurmalı olub. 

Vaxt isə daralır. Daraldıqca sövq-təbii şanslar, imkanlar və ən əsası, Putinə onun öz ölkəsi daxilində inam-rəğbət də zəifləyir. Həmçinin Rusiya imperiyasını reanimasiya eləməyə yönəlik proje iflasa yaxınlaşır.

KQB polkovniki, şübhəsiz, bütün bunları bilir və ciddiyə alır. Çünki onun rus xalqı qarşısında öyünə biləcəyi, ona təsəlli verəcəyi yeganə amil məhz imperiya ambisiyaları ilə, Rusiyanın sərhədlərini genişləndirmək planları ilə bağlıdır. Bu müstəvidə də o, yalançı çıxsa, batdı. Odur ki, var gücü ilə Ukraynadan, daha doğrusu, onun şərqindən yapışıb, Ukrayna xalqına qarşı elan olunmamış müharibə aparır, sürünən işğal siyasətini bütün dünyanın gözü qarşısında davam etdirir. Bilir ki, Ukrayna əldən çıxan kimi Avrasiya və Gömrük ittifaqlarının taleyi MDB-dən də betər olacaq.

Putinin Ukraynaya qarşı virtual müharibəsi isə alınmır. Axı o, həm də Qərbin ağır iqtisadi sanksiyalarından qaçmaq istəyir. Artıq onun Ukraynaya göndərdiyi zirehli texnikalar vurulur, desantları əsir götürülür. Əsir düşənlər də əlbəttə ki, “sandığı açıb pambığı tökür”, Putinin işğalçılıq siyasətini faş edirlər. Son əsir alınan rus hərbçilər Kreml başçısını Ukraynaya qoşun göndərməyi dayandırmağa çağırıblar. “Ukrayna müstəqil ölkədir. Əgər orada nə isə problem varsa, qoy onlar öz daxilində həll etsinlər. Bu, bizim müharibə deyil” deyiblər. 

Ancaq hələ ki bu faktlar da Putini durdurmur. Ona görə ki, özü üçün geriyə abırlı yol qoymayıb. “Arxada Moskvadır”. Rus çarı həm də tələsir, ona görə ki, sentyabrın 5-6-da Uelsdə NATO-nun sammitidir. Rusiya məsələsinin mərkəzi mövzu olacağı zirvə toplantısı ərəfəsində o, Ukraynada güc nümayiş etdirmək, alyansın qərarlarına təsir eləmək niyyətindədir. Alınacaqmı? Söyləmək çətindir. Hər halda, Ukrayna və onun ordusu, lap elə rəhbərliyi və prezidenti bir neçə ay əvvəlki də deyil, daha mobil, daha çevik, daha qətiyyətlidir.

Bu arada Rusiyanın zəifləməsindən istifadə edən Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkəsinin Avrasiya Birliyindən çıxa biləcəyini istisna eləməyib. “Qəbul edilən qərarlarla razılaşmayacağı təqdirdə Qazaxıstanın Avrasiya İqtisadi İttifaqından çıxmaq hüququ var”. Modern.az saytının newskaz.ru saytına istinadən verdiyi xəbərə görə, bunu Nazarbayev ölkəsinin Avrasiya İttifaqından çıxmaq perspektivini şərh edərkən deyib.

O bildirib ki, siyasi olmayan iqtisadi ittifaqın yaradılması daha düzgündür. Prezidentin sözlərinə görə, Qazaxıstan, Rusiya, Belarus qərarların həllində vahid mövqe sərgiləməli, ittifaq dövlətləri bərabər hüquqlar əsasında, konsensus halında qərarlar qəbul etməlidir. “Ancaq biz hansısa qərarla bağlı razılaşmasaq, o zaman ittifaqdan çıxmaq hüququmuz var. Müstəqillik Qazaxıstan üçün əsas dəyərdir”, - deyə o, əlavə edib. Qazaxıstan dövlətinin başçısı habelə, Ukraynadakı durumun gərginləşməsi səbəbindən Rusiyaya tətbiq edilən sanksiyaların Avrasiya Birliyinə də təsirsiz ötüşməyəcəyi qənaətindədir.
Məsələ də ondadır ki, Putinə bərabərhüquqlu dövlətlərdən ibarət Avrasiya İttifaqı, ümumiyyətlə, gərək deyil. Əks halda, o, bu boyda həngaməyə, Ukrayna avantürasına, Qarabağ təxribatlarına, Allah bilir daha hansı avantüraya getməzdi. Ukrayna yəqin ki, artıq əldən çıxıb. Onu indi pis-yaxşı yalnız Azərbaycan əvəzləyə bilər. Kritik sual da elə budur ki, Ukraynanın Moskvadan aralanması minlərlə insanın həyatı, Krımın itirilməsi hesabına başa gəldi və proses hələ də tamamlanmayıb, bəs Azərbaycana neçəyə başa gələcək? 

Bu sual indi təkcə rəsmi Bakını yox, Azərbaycanın toplumunu, bütün ictimai-siyasi qüvvələri düşündürməlidir. Vaxt isə azdır. Demək olar, geri sayım başlayıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Ən çox oxunanalar