Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı ekstrasenslərinin piar fırıldağı



Azərbaycanda fəaliyyət göstərən ekstrasenslərin daha bir fırıldağı üzə çıxıb


Axar.az-ın məlumatına görə, ekstrasensdən daha çox, “cadu açan”, “cindar”, “cadudan təmizləyən” kimi təbliğ olunmağı sevən bu şəxslər media vasitəsi ilə şou-biznes nümayəndələrini 2015-ci ildə nə gözlədiyi barədə iddialar səsləndirir və bununla da müğənnilərin, aktyorların diqqətini çəkməyə çalışırlar.
 
Ekstrasens Aqil Məhərrəmov da bu qəbildəndir. O, bir çox müğənni və aktyor haqda ümumi sözlərdən ibarət proqnozunda cadugər kimi çıxış edir və özünü cindar olaraq tanıdır. Məqsəd isə “cin tutan”, “cadu edilən” şəxsləri porensial müştəri olaraq özünə cəlb etməkdir.
 
Aqil Məhərrəmov bu yöndə piarına vəsait də xərcləyir. Piarının təşkil edilməsi müqabilində müştərisinin çoxalacağını hesablayan “ekstrasens” artıq ciddi maliyyə də ayırıb.
 
Maraqlıdır, belə fəaliyyət qanunvericiliklə məsuliyyət doğururmu?
 
Xatırladaq ki, “cindar” və “cadukuni-məşhur” İlham Mirzəyev dələduzluğa görə həbs edildikdən sonra bir daha aktuallaşan bu məsələdə qanuni boşluqlar var. Qanun yalnız aldadılan şəxs olduqda dövriyyəyə girir. Bəs, vətəndaşın aldadılması üçün əvvəlcədən bu cür təbliğatla kampaniya aparılanda hüquq öz sözünü deyə bilərmi? Yoxsa profilaktikaya heç bir ehtiyac yoxdur, necə deyərlər, “qətlin baş verməsini” gözləmək lazımdır ki, “maddi sübutlarla” cinayət sübut olunsun?
 
Hüquqşünas Müzəffər Baxışovun da fikrincə, falçıların bu əməlləri ilə bağlı qanunla müəyyən olunmuş cəza növləri olsa da, bu, yalnız cinayət baş verdikdən sonra baş tutur:
 
“Onların fəaliyyəti - insanları aldatmaq, belə bir qabiliyyətinin olmadığı halda fırıldaq yolu ilə vətəndaşların əmlak hüquqlarını ələ keçirməkdir və Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 178-ci maddəsi - dələduzluq əməli kimi dəyərləndirilir. Yəni aldatma və etibardan sui-istifadə etməklə başqa şəxsin əmlakını və əmlak hüquqlarının ələ keçirilməsidir bu əməlin Cinayət Məcəlləsində təfsiri. Bu, dələduzluqdur. Dəymiş ziyan 30-1000 manat arası olduqda Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə, 1000-7000 manat arası olduqda 178.2.4-cü maddəsi ilə, 7 min manatdan yuxarı olduqda isə 178.3.2-ci maddəsi ilə, yəni dələduzluq yolu ilə külli miqdarda vəsaiti mənimsəmə ilə cinayət işi açılır”.
 
Bu cür əməllərin qarşısının alınması üçün hüquq-mühafizə orqanlarının lazımi tədbirlər görməsinin vacib olduğunu deyən hüquqşünas günahın bir qisminin də onlara müraciət edən şəxslərdə olduğunu deyir:
 
“Problem ondadır ki, həmin dələduzlar insanlara külli miqdarda zərər vurursa, cinayətkar əməllərin qarşısının alınması üçün hüquq-mühafizə orqanları lazımi tədbirlər görməlidir. Çünki bu, ictimai ittiham qaydasında təqib olunan cinayətlərdir. Amma bizdə belədir ki, o şəxslərin konkret əməlləri barədə müraciət edilmədikdə hüquq mühafizə orqanları heç bir tədbir görə bilmir. Problemin kökü budur. Buna görə də bu və ya digər səbəbdən mübarizə öz effektini vermir və ya mübarizə aparılsa da, hiss olunmur. Falçılar da bundan sui-istifadə edərək cinayətkar əməllərini davam etdirirlər. Hər bir halda onların əməli dələduzluqdur”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar