Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bəşər Əsəd hələ də xoşbəxt gələcək vəd edir?


Bəlkə də ondan başlamaq daha düzgün olardı ki, BMT TŞ-sı Suriya ilə əlaqədar qətnamə qəbul edib. Amma buna qədər də böyük dövlətlər bu ölkədə nəsə etməyə çalışırdılar. Ona görə də bu, bizə maraqlı görünmədi...


Maraqlı görünən isə başqa şey oldu. Bu günlərdə növbəti müsahibəsini verən B.Əsəd vətəndaş müharibəsindən sonra keçiriləcək seçkilərdə öz namizədliyini verəcəyini və suriyalıları ona səs verəcəkləri təqdirdə böyük bir xobəxtliyin gözlədiyini dedi...

Bunları eşidəndə dərhal iki tele-süjet gözlərim önünə gəldi. Biri Avropaya pənah aparan miqrantlarla bağlı idi. Əlində dəyənək olan bir polis qaçqınların arasında gəzişir və sanki heyvanları sakitləşdirirmiş kimi onları dəyənəklə necə gəldi vururdu... Buna sakit baxmaq qeyri-mümkün idi, adamın ürəyi lap uşaq ürəyi kimi çırpınırdı...

Digər bir epizod isə Suriyadakı bir şəhərlə bağlı idi. İŞİD-çilərdən geri alınan bir şəhər tamam darmadağın olmuşdu. Lap ikinci dünya müahirbəsindən çıxmış şəhərləri xatırladırdı... Ona görə də B.Əsədin hələ deməyə sözünün və iradəsinin qalması adama təəccüblü görünürdü...
Bütün bunları görəndən sonra ABŞ-ın mövqeyi mənə bir az da anlaşıqlı göründü. ABŞ hələ də Əsədin hakimiyyətdən getməsini israr edir. Düzdür, bu tələblərin “amplitudası” artıb-azalır, amma əsas mövqe dəyişməzdir. Amerikalılar israr edir ki, nə qədər B.Əsəd hakimiyyətdədir, Suriyada yaxşını pisdən, normal müxalifəti İŞİD-dən ayırmaq mümkün olmayacaq. Onlar prinsipcə, haqlıdırlar. İndi Suriyada hamı döyüşür və məsələnin ən qəliz tərəfi də budur ki, hamı biri-birinə qarşı vuruşur...

İşlərin yoluna düşməsi, İŞİD-in tamam sıradan çıxarılması üçün vəziyyət bir qədər aydınlaşmalıdır. Amma bu, baş verəckmi? Bax, bunu bilmirik. Ona görə ki, B.Əsəd hələ nəinki müsahibələr verir, hətta böyük vədlər edir...

Məni həmişə siyasət adamlarının psixologiyası, onların davarnışı, ən başlıcası isə bu adamların məsuliyyət hissi maraqlandırıb. İndi yadıma S.Hüseyn düşür. 
Bu adamın sonluğu təkcə onun özü üçün yox, bütün İraq üçün, hətta bütün müsəlman dünyası üçün bir utanc idi. Amma o, axıra qədər, edam olunanadək bunu başa düşə bilmədi...

İndi Əsəd də Suriyanı dəhşətli bir vəziyyətə gətirib - ölkə tamam dağılıb, insanlar miqrantlara çevrilərək az qala bütün dünyaya səpələnib. Əsəd bundan bir məsuliyyət duyurmu? Düşünmürəm...

ABŞ-ın mövqeyini bəziləri başa düşmək istəmir. Onlara elə gəlir ki, Qərbin Suriya ilə problemi var. Amma Qərbin problemi Suriya deyil, onun problemi bu gün B.Əsədddir. Ona görə ki, o, Qərb üçün dözülməz siyasi liderə çevrilib.

Qərbdə səbr var. Onlar əvvəlcə despotları düzgün yola dəvət etməyə cəhd edirlər. Bu alınmayanda, despotlar öz xalqları ilə vuruşmağa başlayanda artıq səbr kasası dolur. S.Hüseynin də halında belə oldu, B.Əsədlə bağlı da belədir...

Bir daha deyirik ki, Suriya tamam dağılıb. Amma bu hələ hamısı deyil. Ölkə bir neçə hissəyə bölünüb. Bu günlərdə Suriya şəhərlərindən birini İŞİD-dən geri alan kürdlər maraqlı bəyanat verdilər. Dedilər ki, şəhəri tərk etmiş insanlar geri qayıda bilər, amma bircə şərtlə ki, onlar azad Kürdistanın bayrağı altında yaşamağa razı olmalıdırlar...

Vəziyyət belədir. Əsəd kimi liderlər bunun fərqində olmurlar. Amma onun hələ düşünmək vaxtı var. Güman edirik ki, böyük dövlətlər gec-tez bu məsələ ilə bağlı da razılığa gələcəklər. İndilik isə İranRusiya ciddi şəkildə Əsədi müdafiə edir. Amma bu nə vaxta qədər çəkəcək?
Bax, bunu da dəqiq bilmirik. Amma aydınlaşma fazası yetişməlidir. Hələ ki, böyük dövlətlər quru üzərində əməliyyatlara start verməyə tələsmirlər. İndilik “moda”da aviasiya zərbələridir. Amma müharibənin taleyini həmişə quru üzərində əməliyyatlar həll edir. Bu olmasa müharibənin sonunun nə vaxtadək yetişəcəyini demək elə də asan deyil...

Bəli, Əsəd isə hələ müsahibələr verir. V.Putin dünyanın ən nüfuzlu lideri elan edilir. Amma Suriyada evlər dağılır, şəhərlər viran qalır, uşaqlar ölür. 

Böyük siyasətçilər belə şeylərə, bir daha deyirik ki, çox soyuqqanlı yanaşırlar. Onlar sanki məşhur deyimin məntiqilə yaşayırlar. Bu məntiq isə deyir ki, bircə nəfərin ölümü faciə, yüz nəfərin ölümü isə statistikadır...

Bəli, bu statistika hələ çox çəkə bilər. Çünki bu statistikada hərənin öz hesab üsulu var, hərə bir cür hesablayır...(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Ən çox oxunanalar