Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəbhə bölgəsində daha bir hərbi hissə açıldı


Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən yeni tikilən növbəti hərbi hissənin açılışı olub


PİA.AZ Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yeni inşa edilən hərbi şəhərciyin ərazisindəki qərargah, əsgər yataqxanaları, yeməkxana, qazanxana-camaşırxana kompleksi, ərzaq anbarı, tibb məntəqəsi, sıra meydanı və digər obyektlər ilə tanış olub.

Şəxsi heyət qarşısında çıxış edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib: "Bu günlərdə Silahlı Qüvvələrin Ali Baş Komandanı hərbçilər üçün əhəmiyyətli olan iki mühüm obyektin açılışını etdi. Bu gün də biz növbəti hərbi hissənin açılışını ediririk. Bütün bunlar Ali Baş Komandanın Silahlı Qüvvələrdə həyata keçirdiyi islahatların bariz nümunəsidir.
Ali Baş Komandan bütün istiqamətlərdə islahatlar həyata keçirir və biz artıq bu islahatların nəticələrini görürük. Ordunun silahlanmasına ən müasir, aparıcı dövlətlərin istehsalı olan yeni silahlar, sursatlar, avadanlıq və texnikalar qəbul edilir. Silahlı Qüvvələrin sosial bazası möhkəmlənir, şəxsi heyət üçün yeni şəhərciklər istifadəyə verilir. Onlara xidməti yüksək səviyyədə təşkil etmək üçün bütün şərait yaradılır. Artıq bu il bir neçə hərbi hissənin açılışını həyata keçirmişik. Bunların hamısı torpaqlarımızn işğaldan azad edilməsi vəzifəsinin yerinə yetirilməsi üçün Silahlı Qüvvələrin döyüş hazırlığının yüksək səviyyədə olması məqsədilə görülən işlərdir. Aprel döyüşləri zamanı torpaqlarımızın bir qisminin işğaldan azad edilməsində biz Silahlı Qüvvələrimizin döyüş ruhunu, döyüş qabiliyyətini və gücünü gördük. Cənab Ali Baş Komandan, biz imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci erməni dövləti yaransın fikrini dəfələrlə vurğulayıb. Biz də Prezidentin və Azərbaycan xalqının etimadını doğrultmaq üçün əlimizdən gələni edib torpaqları işğaldan qısa bir müddətdə azad edəcəyik.

Bir daha Sizi təbrik edir, xidmətinizdə uğurlar arzulayıram".
 
Şəxsi heyət təntənəli marşla tribunanın önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib.
 
Nazir hərbi hissədə çalışan mülki işçilərlə görüşərək şəxsi heyətin təminatı ilə bağlı müvafiq göstəriş və tövsiyələrini verib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Ən çox oxunanalar