Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin 2030-cu ildə futbol üzrə dünya çempionatınaev sahibliyi etməyi planlaşdırmır


Çin Futbol Assosiasiyası (ÇFA) 2030-cü ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürməyib


Assosiasiya bununla bağlı yayılan fikirlərə cavab olaraq bildirib ki, Çinin mundialın təşkili üçün müraciət etmək barədə planı yoxdur.

Azərtac xəbər verir ki, ÇFA yerli “Chengdu Business Daily” qəzetinin ölkənin futbol üzrə yığma komandasının baş məşqçisi Marçello Lippiyə istinadla Çinin 2030-cu ildə dünya çempionatına ev sahibliyi üçün müraciət edəcəyi ilə bağlı xəbərləri təkzib edib. Assosiasiya jurnalistlərin Lippinin sözlərini yanlış başa düşdüklərini bəyan edib.

Qəzetin bu barədəki xəbərindən sonra “Sina Weibo” sosial şəbəkəsinin 15 milyondan çox istifadəçisi Çinin futbol üzrə dünya çempionatına ev sahibliyi etməsini ölkə üçün faydasız hesab ediblər. Onlar milli komandanın gələn il Rusiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazanmaq gücündə olmadığı halda, 2030-cu ildəki yarışa ev sahibliyini ayıb və xeyli maliyyə vəsaitinin göyə sovrulması kimi qiymətləndirib, həmin vəsaitin daha vacib istiqamətlərə, məsələn futbolçuların yetişdirilməsinə yönəltməyin məqsədəuyğun olduğunu bildiriblər.

Qeyd edək ki, mart ayında Cənubi Koreya Futbol Assosiasiyasının prezidenti Çun Mun-qyu 2030-cu ildə futbol üzrə dünya çempionatını ölkəsinin Çin, Yaponiya və Şimali Koreya ilə birgə təşkil etməsi təklifini irəli sürmüşdü.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar