Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİN dilənçilərlə mübarizədə əhalidən kömək istədi


Hər birimiz gün ərzində ən azı bir dəfə paytaxt küçələrində, o cümlədən metrostansiyaların yaxınlığında “evimdə xəstə var”, “Allah eşqinə”, “uşağıma dərman pulu”, “çörək pulu verin” deyib dilənənlərlə rastlaşırıq.


Qeyd edək ki, son zamanlar “Xalqlar dostluğu” və “Neftçilər” metro stansiyalarının ətrafında hər addımda dilənçiyə rast gəlmək adi haldır. Səhər tezdən yaralı ayağını açıb, insanların hisslərinə toxunmaqla pul qazanmaq bir növ dəb halını alıb. Əlbəttə, bu insanların bəzilərinin, həqiqətən, yardıma ehtiyacı var. Ancaq dilənçiliyi özünə bir növ peşə seçənlər də az deyil. Məsələn, qaraçıların, sözün həqiqi mənasında, dilənməkdə tayı-bərabəri yoxdur. İldə bir neçə dəfə paytaxtda polisin bu dəstələrlə bağlı xüsusi əməliyyat keçirməsinə, hətta saxlanılaraq Bakıdan uzaqlaşdırılmalarına baxmayaraq, bir müddət keçməmiş onlar yenidən küçələrdə peyda olurlar.

Onların bəziləri hətta o qədər peşəkarlaşıblar ki, metro stansiyalarının giriş-çıxışlarında təhlükəsizliyi qoruyan polisləri də aldada bilirlər. Bu səbəbdən indi dilənən qaraçılar sizinlə qatara sərnişin kimi də daxil ola bilirlər. Ancaq qatar stansiyadan tərpənən kimi əllər uzanmağa, yalvarışlar, daha... nələr başlayır. Bir neçə qaraçı arvadın hay-küylü danışığı, onların yanlarında gəzdirdikləri azyaşlı uşaqların camaatın az qala ayağını tapdalayaraq pul dilənməsi isə tamamilə fərqli mənzərə yaradır. Bu səbəbdən haqlı olaraq sual yaranır: “Görəsən, metro stansiyalarının girişində oturan polislər, bundan başqa stansiyaların ərazisində gəzişən nəzarətçilər sərnişinlərin rahatlığını pozan bu insanların qarşısını niyə almırlar?”



Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildiririb ki, dilənçilik və avaraçılıqla məşğul olan insanaların yığışdırılması məqsədilə mütəmadi olaraq polis orqanları tərəfindən reydlər keçirilir: “Onlar paytaxtın simasına xələl gətirməklə yanaşı, həm də millətimizin adət-ənənəsinə zidd hərəkətlər edirlər. Reydlər nəticəsində həmin insanlar qəbuledici və bölüşdürücü məntəqələrə aparılır. Orada onların şəxsiyyəti müəyyən edildikdən sonra yaşayış yerləri üzrə ünvanlarına göndərilirlər. Amma problem ondadır ki, onlar bir müddət sonra yenidən paytaxta gələrək öz əməllərinə davam edirlər. Düşünürəm ki, tək polis orqanları deyil, həmçinin əhali də bu cür insanlara qarşı öz etriazını bildirməlidir. Onların Bakıya gəlməsinə qadağa da qoya bilmərik. Biz onları yola salırıq, bir müddət sonra yenidən Bakıya gəlib, dilənçi libasını geyinərək öz çirkin əməllərini davam etdirirlər. Ancaq konkret olaraq qayda pozmadıqları halda onları məsuliyyətə cəlb etmək olmaz. Əksəriyyəti də yanında uşaqlar olan qadınlardır”.(modern.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ən çox oxunanalar