İmişlidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
İmişli şəhər, Kamal Qasımov küçəsi, 28-də yaşayan, 1986-cı il təvəllüdlü Sübhan İslam oğlu Canlarov idarə etdiyi "QAZ-24" markalı avtomobil ilə hərəkətdə ikən hava dumanlı olduğundan digər avtomobil onu arxadan vurub. Qəza nəticəsində "QAZ-24"ün sürücüsü və avtomobildə olan sərnişin, 1970-ci il təvəllüdlü Yaşar Əjdər oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
pia.az