Fövqəladə Hallar Nazirliyinin “Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinə” daxil olmuş məlumata əsasən Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaş bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb
PİA.AZ FHN-ə istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.
Xilasedicilər üçmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzilə pəncərədən daxil olublar. Mənzilə baxış keçirilərkən 1970-ci il təvəllüdlü Mahmudov Elman Hüseyinbala oğlunun cəsədi aşkar edilərək aidiyyatı üzrə təhvil verilibdir.
Əməliyyat saat 20:35-də başa çatıb.
pia.az