Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş polis rəisi barədə yeni istintaq - Usubov qərar verdi

Arvadı həbsdə olan və məhkəməsi davam edən keçmiş polis rəisi Mahir Əkbərov barəsində açılmış cinayət işi üzrə araşdırmalara başlanılıb


PİA.AZ-ın qafqazinfo-ya istinadən məlumatına görə, Daxili İşlər Nazirliyinin Ağır Cinayətlərin İstintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, mayor Aqil Ələsgərovun qərarı ilə baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən Cinayət Məcəlləsinin 320.1-ci maddəsi üzrə başladılan cinayət işinin istintaqı ayrılıb. Bu maddə ilə Mahir Əkbərovun zərərçəkmiş Dəyanət Məmmədova saxta əmək kitabçası hazırlatdırıb verməsi halı araşdırılır.
 
İstintaq zamanı məlum olub ki, keçmiş polis rəisi M.Əkbərov zərərçəkən D.Məmmədova saxta əmək kitabçası düzəltməyi vəd edib. Bununla bağlı, hər iki şəxs 2014-cü ilin avqust ayında Ağciyər Xəstəlikləri xəstəxanasında müalicə alan 13 saylı Rayonlararası Təmir-Tikinti Quraşdırma Trestinin rəhbəri Arif Şirinovla görüşüblər. A.Şirinov M.Əkbərovun ona verdiyi boş əmək kitabçasına D.Məmmədovun 2007-ci ildən həmin RTTQT-də menecer vəzifəsində işlədiyini qeyd edib və üzərində gəzdirdiyi möhürlə təsdiqləyib. M.Əkbərov həmin əmək kitabçasını D.Məmmədova verib, əvəzində isə 800 manat alıb.
 
A.Şirinov barəsində Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət işi başlanılıb və ona qarşı irəli sürülən ittiham istintaqda tam sübuta yetirilib. Lakin A.Şirinovun 2014-cü ilin dekabr ayın müalicə olunduğu xəstəxanada vəfat etməsi, onun məhkəmə qarşısına çıxarılmasını əngəlləyib.
 
Qeyd edək ki, sabiq rəisin xanımı Leyla Əkbərova da bir neçə şəxsdən külli mqidarda pul alaraq onları müxtəlif yerlərdə işə düzəldəcəyini vəd edib. Lakin vədinə əməl etməyib və pulu da geri qaytarmayıb. Bununla yanaşı, həmin şəxslərə saxta sənədlər təqdim edib. Şikayətlər əsasında, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdar dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtaladırma) maddələri ilə cinayət işi başlanılıb.
 
Zərərçəkmiş şəxslər və şahidlər L.Əkbərovanın bu işlərində ona əri, Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Şöbəsinin rəisi olmuş, mayor Mahir Əkbərovun birbaşa olaraq kömək etdiyini, hətta bir neçə epizodda M.Əkbərovun cinayəti təkbaşına etdiyini bildiriblər.
 
L.Əkbərova ilə bağlı hissədə istintaq tamamlanıb və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılır.
 
M.Əkbərov da arvadının işində şahid qismində tanınıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Rusiya sülhməramlı kontingentinin hərbi texnikasının növbəti partiyası Xocalıdan daşınır - Video

Ən çox oxunanalar