Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kim kimin marionetidir?

ABŞ prezidentliyinə namizədlər arasında sonuncu, həlledici debat da gerçəkləşdi. Nevada ştatında (Las-Veqas) reallaşan budəfəki virtual savaşda da qalibin Hillari Klinton olduğu bildirilir. Sabiq dövlət katibi respublikaçı rəqibi, milyarder Donal Trampı yenə üstələyib - 52-39% nisbəti ilə


Bu, o deməkdir ki, dünyanın 1 nömrəli dövlətinə cəmi 20 gün sonra rəhbərlik edəcək şəxs əslində bəllidir. Bu, Klinton olacaq. Böyük ehtimalla, bir vaxt ABŞ xarici siyasətinə cavabdeh olmuş Hillari Klinton indi özü o siyasətin başında duracaq. 

Beynəlxalq təhlükəsizlik və qlobal sülh üçün yaxşıdır, ya pis, bunu yəqin ki, zaman göstərəcək. Amma Klinton siyasətçi kimi qapalı persona da deyil. Xüsusən də onun dövlət katibi işlədiyi dönəm uzaq deyil və o üzdən mənfi-müsbət tərəfləri ilə siyasətçi Hillari yaddaşlarda kifayət qədər təzədir. 

Heç şübhəsiz ki, dövlət katibi kimi Klinton öz neqativ cəhətlərini yaxşı bilir. Yəqin özü üçün bəzi nəticələr də çıxarıb. Bişəkk, daha məsuliyyətli post olan prezidentlik kürsüsü onu bu çatışmazlıqlardan maksimum kənarda durmağa sövq edəcək. 

Çox şey həm də Klintonun nə dərəcədə savadlı və bacarıqlı komanda quracağından asılı olacaq. İlk növbədə də ABŞ-ın xarici siyasətinin kimə tapşırılacağı olduqca mühüm önəm daşıyır. Hər halda, dünyadakı ən qaynar, böhranlı məsələlərin, o sırada Yaxın Şərq, Suriya və İŞİD (terror) problemlərinin çözülməsi məhz H.Klitonun prezidentliyi dönəminə təsadüf edəcək. 

Demək, ABŞ-Rusiya, ABŞ-Türkiyə münasibətləri onun dövründə pik yaşayacaq. Yeri gəlmişkən, Klinton Suriyada PKK yanlı qüvvələrə dəstəyin davam edəcəyini söyləyib ki, bu da Vaşinqton-Ankara münasibətlərinin yeni sınaqlardan keçəcəyinin anonsu sayıla bilər.                    
Təbii ki, bizi ən çox Azərbaycan üçün xanım Klintonun prezidentliyinin nə vəd elədiyi maraqlıdır. Proqnozlar isə bir elə təsəlliverici deyil təəssüf ki. Bir səbəbini deyək. Söz vaxtına çəkər, məhz 6 il öncə, bu oktyabr günlərində Amerikanın o vaxtlı dövlət katibi Hillari Klintonun aktiv təşəbbüsü ilə bədnam Sürix protokolları imzalanmışdı. 

Həmin protokollar Qarabağ şərti olmadan Türkiyə-Ermənistan sərhədlərin açılmasını və Ankaranın işğalçı ölkə ilə diplomatik əlaqələri bərpa etməsini nəzərdə tuturdu. Bu sənədlər az qala, Azərbaycanla Türkiyənin arasını vuracaqdı, yaxşı ki, son anda o vaxtkı baş nazir Rəcəb Tayyib Ərioğanın prinsipial mövqeyi sərhədlərin qeyd-şərtsiz açılmasını əngəllədi, protokollar arxivə göndərildi. 

İndi isə Sürix protokollarının əsas müəllifi olan şəxs ABŞ dövlətinin başında olacaq. Bəzi iddialara görə, arxivdəki həmin sənədlər təzədən gündəmə qaytarıla, onlara “yeni nəfəs” verilə də bilər. Amma çətin ki, eyni suya iki dəfə girmək mümkün olsun. Ən azı ona görə ki, ortada Rusiya faktoru var. 

Söz gəlişi, son debat zamanı Klinton Trampı “Rusiyanın marioneti” adlandırıb. Amma Rusiya bugünlərdə özünün xarici işlər naziri, H.Klintonun keçmiş həmkarı Sergey Lavrovun dilindən Türkiyənin Qarabağ məsələsində önəmini bəyan elədi və bildirdi ki, Qarabağ konfliktinin həllində irəliləyiş olmayınca, çətin ki, Türkiyə-Ermənistan sərhədi açılsın. Yəni Kreml sərhəd məsələsini Qarabağ şərtinə bağladı.

Əlbəttə, iddia etmirik ki, Rusiya Qarabağ məsələsində ədalətli mövqedə dayanıb. Amma o da faktdır ki, Hillari Klintonun əsas dəstəkləyicisi və təbliğatçısı kimi prezident Barak Obama 8 illik prezidentliyi dövründə bir dəfə də olsun Vaşinqtonda Əliyev-Sərkisyan görüşünü təşkil eləmədi. Daha çox, birtərəfli qaydada, Qarabağ şərti qoyulmadan türk-erməni əlaqələrinin normallaşmasına çalışdı. Putin isə əksinə, dəfələrlə belə görüşlərə nail oldu - real nəticə olmasa da... 
    
Görəsən, Klinton bu tilsimi qıracaqmı, Ağ Evin Qarabağ yanlışını düzəldəcəkmi? Ən əsası, özünün və Obamanın xarici siyasətdəki səhvlərini təkrarlamayacaq ki? Uğursuz kursu davam etdirməyəcək ki? Nəhayət, işğalçıya qahmar çıxmayacaq ki? Bax, bu sualların cavabı bəlli edəcək: kim kimin marioneti, kim-kimin havadarıdır? (musavat.com)      
  
Yazar : Zahid SƏFƏROĞLU

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Ən çox oxunanalar