Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Klanların Dərbənd savaşı


Dərbənddə dahi azərbaycan şairi Nizami Gəncəvinin heykəlinin bəzi hissələri sındırılaraq Azərbaycan və orda yaşayan türklər (azərbacanlılar) təhqir olunub


Bu il oktyabrın əvvəlində isə Sovet İttifaqı qəhrəmanı, milliyyətcə azərbaycanlı Şəmsulla Əliyevin heykəli onu adını daşıyan parkdan götürülərək zibilxanaya atılıb. Azərbaycanlılar yaşadıqları torpaqlarda sıxışdırılır, milli ayrıseçkiliyə məruz qalır. Azərbaycanlılara qarşı münasibətin dəyişməsinin kökündə nə dayanır? Bu və başqa suallara aydınlıq gətirmək üçün bir qrup jurnalist qədim Azərbaycan şəhərinə səfər edib. Onların arasında əməkdaşımız da olub.

Abdulatipov Qurbanov qarşıdurması...

Könül istərdi ki, Dərbəndə istirahətə, hansısa gözəl bir tədbirə gedəsən, ancaq səfərimizin məqsədi Dərbənddə yaşayan türklərin (azərbaycanlıların) soz zamanlar düşdüyü problemdir. Dərbənddə hazırda ən çox müzakirə olunan mövzu ötən ilin sentyabrında Dağıstan prezidenti seçilən Ramazan Abdulatipovla Dərbənd rayonunun Bələdiyyə Şurasının(icra hakimi) rəhbəri olan milliyyətcə türk (azərbaycanlı) Qurban Qurbanov qarşıdurmasıdır. 

Qurban Qurbanov hazırda ev dustağıdır. Ona 2 ay ev dustaqlığı veriblər. Qurban Qurbanovla görüşümüz alınmadı səbəb onunla görüşə yalnız yaxınlarına icazə verilməsidir. Ailə üzvləri Qurban Qurbanovun jurnalistlərə açıqlama verməsinində asaqlandığını bildirdilər. Qurban Qurbanovun ev dustaqlığı ilə sonuclanan bu qarşıdurmanın yaranmasına prezident Abdulatipovun məsuliyyətsiz və qanunsuz çıxışı səbəb olub. O, Dağıstan sakinləri ilə “Açıq hakimiyyət” layihəsi çərçivəsində birbaşa efirdə keçirilən ünsiyyət zamanı “Biz Dərbənd rayon rəhbərliyini tezliklə dəyişəcəyik. Orada olduqca uzun müddətdir ki, hakimiyyət dəyişməyib. Hesab edirəm ki, rəhbərliyin dəyişməsi ancaq işin xeyrinə olacaq” deyə bildirib.

Məsələ bundadır ki, Dərbənd rayonunun (Dərbənd şəhəri də daxil olmaqla) Bələdiyyə Şurasının rəhbəri olan Qurban Qurbanov bu rayona 1998-ci ildə birbaşa seçki yolu ilə seçilib. Ondan əvvəl isə 25 il Dərbəndə onun atası Səid Qurbanov başçılıq edib. Q.Qurbanovun Dərbəddə seçkilərdə qalib gəlməsi də təsadüfi deyil. Dərbənd əhalisinin sayı 100 min nəfər yaxındır və onlardan 60 faizə yaxını azərbaycanlıdır. Ləzgilər 18 faiz, tabasaranlılar isə 9 faiz təşkil edir.

Belə bir vəziyyətdə prezidentin seçkili orqanının rəhbərini dəyişmək haqda söylədikləri isə sadəcə qanunsuzdur. Elə bu da Dərbənddə yaşayan azərbaycanlıların etirazına səbəb olub. Yerli sakinlər deyirlər ki, Adbulatipovu sadəcə azərbaycanlıların arxasızlığından sui-istifadə etməyə çalışır.

Məhəmməd Əliyev: “Bizlərə buradan gedin deyənlər peyda olub. Halbuki min illərdir ki, Dağıstanın, xüsusilə də Dərbəndin yerli əhalisi biz azərbaycanlılar olmuşuq. Biz bura gəlmə yox, 7 arxa dönənimiz burada anadan olub və burada dəfn olunub. Dağıstanda 32 xalq yaşayır. Onlardan 14-nün adı Konstitusiyada var. Azərbaycanlılar da əsas xalqlardan biridir. Belə bir vəziyyətdə bizlərə qarşı kampaniya aparmaq heç kimə xeyir gətirməz”. 

 Özəlləşmənin arxasındakı müəmmalı güclər; Azərbaycandan kimlər var? 

Sakinlər deyir ki, prezident Abdulatipov Dağıstanın şimalında həyata keçirə bilmədiyi istəklərini cənubda, Dərbənddə həyata keçirməyə qərar verib. Ramazan Hüseynəliyev isə bildirdi ki, “Dərbənd Şampan Şərabları zavodunun direktoru, milliyyətcə avar olan Məhəmməd Sədullayevlə Rusiyanın 5 ən böyük şərab istehsalçılarından biri olan Kizlyar Konyak Kombinatını özəlləşdirmək istədilər. Lakin şimalda yaşayan kazaklar buna etiraz etdilər. Bütün Rusiya bu etirazdan xəbərdar oldu. Abdullativov qorxub onları siçovul adlandırdı. Kazaklar onları təhqir etdiyinə görə Abdulatipovu məhkəməyə verdilər. Bundan qorxuya düşən Abdulatipov şimaldan çəkildi”. 

Onun sözlərinə görə prezident bilə-bilə ki, belə hərəkətləri cəmiyyətdə parçalanma, qarşudurma yaradır, bundan çəkinmir: “Əsasən, avar və darginlər yaşayan rayonlarında “kökə və dəyənək” metodundan istifadə etdi.(arqument.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar