Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Korpus komandiri əsəgərin intiharı ilə bağlı açıqlama verdi

“Bunun səbəbini nazirin özündən soruşun”


Şəmkir  hərbi birləşməsinin Tovuz rayonunda yerləşən N saylı hərbi hissəsində  baş verən intiharla bağlı korpusun komandiri, general-leytenant Rövşən Əkbərovdan reaksiya gəlib.

Korpus komandiri “Qafqazinfo”ya açıqlamasında əsgər Anar Əsgərlinin intiharı ilə bağlı cinayət işinin açıldığını və Hərbi Prokurorluğun bu işlə məşğul olduğunu bildirib.

General həmçinin bir neçə gün əvvəl prezident İlham Əliyevin Şəmkir hərbi birləşməsinin hərbi şəhərciyində aparılan abadlıq-quruculuq işləri ilə tanış olarkən müdafiə naziri Səfər Əbiyevin həmin tədbirdə iştirak etməməsinə də münasibət bildirib. Komandir deyib ki, müdafiə nazirinin həmin görüşdə iştirak etməməsi onunla bağlı deyil: “Bu mənimlə bağlı məsələ deyil. Bunun səbəbini nazirin özündən soruşun. Siz özünüz daha yaxşı bilirsiz...”

Qeyd edək ki, son günlər mətbuatın müzakirə etdiyi əsas mövzulardan biri dövlət başçısının Şəmkir hərbi birləşməsinin hərbi şəhərciyində olarkən həmin tədbirdə müdafiə naziri Səfər Əbiyevin iştirak etməməsidir. Ali Baş Komandanı müdafiə nazirinin deyil, korpus komandiri Rövşən Əkbərovun şəxsən qarşılamasını mətbuat Səfər Əbiyevlə Rövşən Əkbərov arasındakı münasibətlərin nəticəsi kimi şərh edir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ən çox oxunanalar